"Məhərrəm Quliyevə rəsmi şikayət məktubu ilə müraciət etsək də..." - GİLEY

"Məhərrəm Quliyevə rəsmi şikayət məktubu ilə müraciət etsək də..."
 Goranboy rayon, H.Əliyev prospektində, Univermağın arxasındakı küçənin sakinləri tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaşlar yazır:

"Goranboy rayonun mərkəzində yerləşən Univermaq adlı mağazanın arxasındakı küçədə yaşayan sakinlər sakit həyatlarına maniyə olacaq bir özbaşınalıqla qarşılaşıblar. Belə ki, rayonun mərkəzində yerləşən köhnə statistika binasını obyekt kimi özəlləşdirən Nəbi adlı şəxs öz öbyektinin giriş qapısını bağlayaraq onu yeni bir obyektə çevirir və əvəzində sakinlərin yaşadığı dar küçəni obyektinə kamazlarla daş daşıtmaq üçün istifadə etmək istəyir. "Bu icazəni obyekt sahibinə vermək, bu küçədə yaşayan adamları, qocanı, uşağı saymamaq deməkdir. Bunu isə Goranboy rayon icra hakimiyyəti başçısı Məhərrəm Quliyev edir.



Küçəmiz onsuzda onsuzda müxtəlif obyektlərin arxasında yerləşən dar bir küçədir. Bu küçədə hətta iki maşını yanaşı saxlayanda, yol bağlanır. Nəbi adlı şəxsin rayonun mərkəzindən giriş qapısını bağlayıb mağazaya çevirməsi və bizim küçəni istifadə etməsi nəticəsində istənilən vaxt biz toz-torpaq udacıyıq, qapımıza gələn qonaq onun obyektinə gələn kamaza görə küçəmizdə maşın saxlaya bilməz, biz küçədə addımlamalı deyilik. Bu biyabırçılığa görə icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə rəsmi şikayət məktubu ilə müraciət etsək də, heç kim maraqlanmır. İcra hakimiyyətinin nümayəndəsinə zəng etmişik o isə telefonda obyekt yiyəsini müdafiə edib. Bu özbaşınalığa qarşı susmaq olmaz, xahiş edirik bu problemin həll edilməsinə köməklik göstərin".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


"Məhərrəm Quliyevə rəsmi şikayət məktubu ilə müraciət etsək də..."
"Məhərrəm Quliyevə rəsmi şikayət məktubu ilə müraciət etsək də..." 
Tarix: 11-06-2019, 10:06
Xəbəri paylaş





Xəbər lenti