Saatlı ica başçısının oğlu 300 minlik avtomobil sifariş etdi - Başçı oğlunda bu qədər sərvət hardandır?

Saatlı ica başçısının oğlu 300 minlik avtomobil sifariş etdi
Göyçayda hər kəs Anar İsmayılovun sifarişindən danışır və başçı oğlunun maşının Göyçaya nə vaxt gələcəyini yerli sakinlər maraqla gözləyirlər...

Ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlı rayonun icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarına başçılıq edən 67 yaşlı Nazim İsmayılovun bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf etdiyi deyilir. Göyçayda, Bakıda, Şamaxıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmə gəlib.

Saatlı ica başçısının oğlu 300 minlik avtomobil sifariş etdi

DİA.AZ-a daxil ilginc məlumata görə icra başçısının ərköyün oğlu Anar İsmayılov atasını yenə də gündəmə gətirən bir “işə” imza atıb. Belə ki, başçının oğlu Anar İsmayılovun “Lexus LX” modeli olan bahalı avtomobil sifariş etdiyi deyilir. Bu barədə Göyçaydan əldə etdiyimiz məlumatda bildirilir ki, qiyməti 160 min dollardan başlayan (280 500 manat) “Lexus LX” modelini sifariş verdiyini Anar İsmayılov yaxın ətrafına danışıb və hazırda Saatlının icra başçıısının bu sifarişi Göyçay rayonunda gündəm olub. Hər kəs Anar İsmayılovun sifarişindən danışır və başçı oğlunun maşının Göyçaya nə vaxt gələcəyini yerli sakinlər maraqla gözləyirlər.

Məlumata görə rayonun müxtəlif restoran və çayxanalarında əsas mövzu məhz Anar İsmayılovun 300 minlik avtomobil almasıdır. Göyçaydan saytımıza daxil olan məlumata görə icra başçısı Nazim İsmayılov oğlunun 300 minlik avtomobil almasından gec xəbər tutsada sonda onun istəyinə səssiz qalaraq razılıq verib. Bildirək ki, Anar İsmayılov hazırda Göyçay rayonunda ən çox obyekti olan məmur övladlaından birdir.

Qeyd edək ki, Nazim İsmayılov əslən Göyçay rayonundandır və oğlu Anar İsmayılov bu rayonda atasının geniş biznes şəbəkəsini idarə edir.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

dia.az
 
Tarix: 11-06-2019, 17:25
Xəbəri paylaş





Xəbər lenti