Vilyam Hacıyev bədəl ödəməlidir... - İDDİA


Vilyam Hacıyev bədəl ödəməlidir...
Hələ Samuxda icra başçısı olarkən onun rayonda "quruculuq-abadlıq işləri" adı altında böyük yeyintiyə yol verdiyi birfakt kimi ortaya qoyulmuşdu. Sonradan İmişliyə rəhbər göndərilməsi ilə, əslində Vilyam Hacıyevin köhnədən - Samuxda borclu olduğu sahibkarlardan canı qurtulmuş oldu. DİA.AZ-a daxil olan son informasiyalardan isə belə aydın olur ki, Samuxda son olaraq Nəzir adlı sahibkarakülli miqdarda borclanan İmişli RİH rəhbəri Vilyam Hacıyev indi də dövlətə borcludur.

Mənbənin dia.az-a söylədikləri: "Vilyam Hacıyev təxminən 140 min manatlıq vəsaitin qanunsuz olaraq xərclənməsindən (əslində mənimsənilməsindən - red.) sorumludr. Təbii ki, normalda bu məbləğ qat-qat artıqdır. Sadəcə olaraq rəsmiləşəni budur və sözügedən fakt üzrə başçıdan hesabat istəniləcək. Bu barədə qərar verilib.

Mənbə onu da əlavə edib ki, bu gün yerli KİV-də şübhəli şəkildə himayə olunan VİlyamHacıyevin "yuxarıların gözünə kül üfürmə" cəhdləri də səmərəsiz olacaq:

"Vilham Hacıyev elə zənn etməməlidir ki, dövlətin rəhbərliyi yalan hesabatları asanlıqla həzm edəcək. Əksinə, həmin hesabatlar Vilyam Hacıyevə qarşısübut kimi dəyərləndirilməkdədir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Daha dəqiq faktları təqdim edəcəyik.

Qarşı tərəfdən münasibət öyrənmə cəhdlərimiz uğursuz olsa da, yenə dinləməyə hazırıq...
 
Tarix: 13-06-2019, 16:47
Xəbəri paylaş





Xəbər lenti