Nizaməddin Quliyev idarə müdirlərini BOĞAZA YIĞIB... - "Elə bilir ki, dövlətin büdcəsi dədəsinin xəzinəsidir..."
Goranboydan Ağstafaya transfer olunan Nizaməddin Quliyev indidən özünü tanıtdırmağa başlayıb. Hər halda, görünəni budur. Belə ki, DİA.AZ-a yazan Ağstafadan olan yerli məmurlardan birinin sözlərinə görə, başçı artıq rayondakı idarə və təşkilat rəhbərlərinə "öz sözünü" deyib.
Dia.az-a yazılanlar: "Bəlkə də Goranboyda Nizaməddin Quliyevi başqa cür qəbul ediblər. Ona görə də istədiyini edib. Elə mətbuatdan da oxuyur ki, Goranboyda əməlli-başlı rejim yaradan Nizaməddin Quliyevin bu gün da oradan taladıqlarını rayon maliyyə idarəsi ört-basdır edə bilmir.
İndi də gəlib Ağstafanı eyni üsulla idarəb etməyə çalışır. Elə bilir ki, dövlətin büdcəsi dədəsinin xəzinəsidir.
Bura Ağstafadır. Nizaməddin müəllim nədənsə unudur və başa düşməlidir ki, əgər bu gün idarə ümidlərini, vəzifəli şəxsləri bir-bir çilədən çıxartmağa başlayıbsa, bunun səs-küyü böyük olacaq".
Mənbə dia.az-a açıqlamasında iddia edir ki, artıq başçının adından hər bir idarə və müəssisə rəhbərindən konkret haqq ustənilib.
İddia olunanlarla bağlı əlavə bilgilərimiz olacaq. Bizi izləyin...