"Hörmətli başçı, bizim də məhəlləyə gəlin" - VİDEOGİLEY


"Hörmətli başçı, bizim də məhəlləyə gəlin"
Mingəçevir şəhər M.Rəsulzadə 1 ünvanının sakinləri - Adil Abdullayev, Arif Məmmədov, Hafiz Məmmədov, Oruc Orucov, Abduləli Qulamirzəoğlu və s. Yeniavaz.com saytına müraciət edərək illərlə yığılıb qalan problemlərini işqılandırmamızı istəyiblər.

Sakinlər yaşadıqları binanın kanalizasiya sisteminin nasaz olmasına görə, binanın zirzəmisi çirkab su ilə dolu olmasından şikayətlənirlər. Onlar bildirirlər ki, bu problemlə bağlı dəfələrlə Mingəçevir Su Kanal idarəsinə müraciət ediblər. Lakin məsələ kökündən həll olunmadığından bu gün sakinlər çirkab su ilə dolu olan zirzəminin ifunət iyindən evlərində rahat yaşaya bilmirlər. Onlar deyir ki, ağcaqanad həyət və evdə qış aylarında da olur: "Zirzəmi, nə də həyət dezinfeksiya olunmur, bina çirkab içərisində batıb gedir. İcra başçısı hər həftə binalarda sakinlərlə səyyar görüşlər keçirir. Qaldırılan məsələlər həllini tapır. Xahiş edirik ki, icra başçısı bizim də məhəlləyə gəlsin. Bəlkə dərdimizə əlac olar".

Qarşı tərəf kimi Mingəçevir Su Kanal idarəsinə yollandıq. Təəssüflər olsun ki, məsələyə münasibət almaq üçün idarənin müdiri ilə görüş baş tutmadı. Gah dedilər müdir ərazidədir, gah da dedilər ki, müdir jurnalistləri qəbul etmir.

Məsələ ilə bağlı Mingəçevir İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin problemi mərhələ-mərhələ öz həllini tapacaq.

 
Tarix: 19-06-2019, 16:58
Xəbəri paylaş





Xəbər lenti