Prezident onların maaşlarını qaldırır, başçı isə... - Özbaşınalıq

 


Sabirabad rayonuna yeni təyin edilmiş icra başçısı Siraqəddin Cabbarov ilk "unikal" addımını atıb. Cabbarov təyinatının ilk günündə büdcə təşkilatlarının rəhbərlərini toplayaraq göstərişlər verib. Gundeminfo.az-a daxil olan məlumata əsasən təzə başçının göstərişlərindən biri hamını heyrətləndirib. Rayondan verilən məlumata əsasən başçı Rayon Təhsil Şöbəsinin müdirinə göstəriş verib ki, bütün müəllimlərdən məcburi qaydada ərizə alınsın.

Məcburi qaydada alınan ərizədə isə öz razılıqları ilə əmək haqlarından 1 faiz tutulmasına etiraz etməsinlər. Məlumata görə, ərizələr məktəblərdən toplanaraq Təhsil Şöbəsinə, oradan da İcra Hakimiyyətinə təqdim olunmalıdır. Saytımıza bilgi verən mənbə deyir ki, toplanan 1 faizlik vəsitin hansı istiqamətə sərf olunacağı dəqiq deyil. Yalnız təhsil işçilərinə deyilib ki, guya bu vəsait Yeni Azərbaycan Partiyasının hesabına köçürüləcək.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. 
Tarix: 22-06-2019, 14:42
Xəbəri paylaş





Xəbər lenti