Siraqəddin Cabbarov Saatlını belə qarət edib... - ŞOK FAKTLAR

Siraqəddin Cabbarov Saatlını belə qarət edib...
Saatlının keçmiş icra hakimiyyəti başçısı S.Cabbarov Saatlıda işlədiyi 12 il müddətində prezidentin Saatlıya abadlıq işlərimə köçürdüyü 25 milyon manata Saatlıda işlər görülməyib. Bu barədə azeinfo.az saytı məlumat yayıb.

Azerinfo.az-ın məlumatında daha sonra qeyd olunur: "Yaşayış binası tikilməyib iş yerləri açılmayıb. Sonuncu 2017-ci ildə Saatlıya prezidentin köçürdüyü 4 milyon 600 min manata Saatlıda mədəniyyət sarayının birinci mərtəbəsi təmir olunub və Saatlının PMK-20 qəsəbəsində 5-6 fərdi yaşayış evinin dam örtüyü təmir olunub. Və Saatlının Qıraçlı kəndində 1960-cı ilin tikilişi olan 100 yerlik uşaq bağçasına 2015-ci ildə həmin bağçanın 200 yerlik 2 mərtəbəli tikintisinə Heydər Əliyev fondunun 600 min manat ayrılıb.

Həmin vəsaitin təyinatı dəyişmə hiyləsi ilə S.Cabbarovla Saatlının Qıraçlı kənd icra nümayəndəsi dələduz qumarbaz Muxtar Qafarov mənimsəyiblər. Muxtar Qafarov 15 ildir Saatlı rayonu Qıraçlı kənd icra nümayəndəsi işləyir. İki oğlu ordudan yayınıb. Və hər ikisidə narkomandır. Saatlıda Azad Kazımovun işlədiyi komunal müəssisələr birliyində 2015-ci ildən bu günə kimi 30 nəfər işləyir. 350 nəfər əmək haqqı alır. Həmin idarədən “Kon” markalı traktor Sabirabada satılıb. 2016-cı ildə Saatlıda “Yaşıllaşdırma” idarəsində Sərvər adlı şəxsin müdir işlədiyi idarədə 20 nəfər işləyir. 300 nəfər əmək haqqı alır.

Hörmətli Mehriban xanım Əliyevanın Saatlıda imkansızlara göndərdiyi 350-yə yaxın aylıq maaş kartları Saatlı icra hakimiyyətinin 1-ci müavini İlham Quliyevin yaxın adamlarının S.Cabbarovun imkanlı yaxın adamlarının və keşmiş köməkçi Zaurun cibindədir. Saatlının 2015-ci il su lahiyəsi S.Cabbarovla Azərsu Tikinti Təchizatın rəisi Mirzəcan Xəlilov üçün tort lahiyə oldu. Bu gün Saatlı əhalisi it ölüsü, saysız mikrobları olan su işçiləri yaxşı ki, Saatlıya Nazim İsmayılov cənabları gəldi. S.Cabbarov bir az da Saatlıda qalsaydı insanları satacaqdı. Görəsən dələduz korrupsionerlər barədə tədbir görən tapılacaqmı?"

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...
 
Tarix: 2-07-2019, 10:05
Xəbəri paylaş





Xəbər lenti