Cəlilabad Rayon İşıq İdarəsinin işçiləri sosial şəbəkədə prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya şikayət ünvanlayıblar. Teref.az bildirir ki, buna səbəb Azərişiq ASC-nin Cəlilabad rayon idarəsi Balans Uçotu Şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlunun qanunsuz əməlləridir. Bildirilir ki, Həbib Məmmədovun ali təhsili yoxdur. Qalmaqallı Azərbaycan Beynəlxalq Universitetini bitirib. Amma diplomu təsdiq olunmayıb. 2003-cü ildən “Müsavat” partiyasının üzvü olub, hətta prezident seçkilərində Uzuntəpə kənd seçki dairəsində müşahidəçi qismində iştirak edib. Hərbi xidmət keçməyib. Şikayətçilər Həbib Məmmədovun qeyri-qanuni əməllərindən yazaraq qeyd edirlər ki, o bu yaxınlarda Haci Əhədin Uzuntəpə kəndində yerləşən “Furqan” marketinə sayğacdan kənar xətt verib. 10 min manata. “Azərişıq”ın istehlaka nəzarət idarəsi gəlib bi xətti aşkarlayıb, akt yazib . Həbib Məmmədov da aparıb pulu qaytarib Hacı Əhədə, yalvarıb ki, adımı vermə. Sonra qeyd edilir ki Həbib Məmmədov bütün işçilərdən məcburi işdən çıxma haqda ərizələr alıb. Deyir ki, Lənkəran regional satış idarəsinin rəisi Mehdiyev Mehman Firudin oğlu onun arxasında durub. Mehman Mehdiyevin isə guya arxasında dayanan lap böyük adam var. Ona görə də Həbib Məmmədov Cəlilabad rayonun İcra başçısını belə eşitmir. Həbib Məmmədov aşağıdakı işçiləri qeyri qanuni yolla işdən çıxardıb: Qasımov Həsənxan İmran oğlu Əmirov Aqşin Ehtiram oğlu Emirov Ehtiram Musa oglu Fetiyev Samir Məcidov Hafiz Ağazahid oğlu Ağayev Kamran Məhərrəm oğlu Aşağadakı işçilərdən isə 2000 manat pul alıb işə götürüb : Səmədov Asim Zaur oğlu Mirzəyev Hikmət Habulla oğlu
Şikayətçilər deyir ki, işçiləri şənbə və bazar günləri, o cümlədən qeyri iş günlərində də işləməyə məcbur edirlər. Əmək qanunvericiliyinin tələblərin pozurlar. Mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyin dinləyə bilərik.