Xocavənddən PİA.az-a daxil olan şikayətə əsaslansaq bu rayonun səhiyyə sistemində anormal bir durum hökm sürür. Hazırda rayon xəstəxanasının baş həkimi vəzifəsini daşıyan Rüfət Səfərovun formal bir fiqura çevrildiyi deyilir. Belə ki, Rüfət Səfərov baş həkim vəzifəsinə təyin edilsə də rayon səhiyyəsini keçmiş baş həkim Nurəngiz Bəşirovanın idarə etdiyi iddia olunur.
Aldığımız məlumata görə rayon Mərkəzi Xəstəxanasında sıravi həkim kimi çalışan xanım Bəşirova Rüfət Səfərovun kabinetində əyləşir. Xəstəxananı idarə edən Nurəngiz Bəşirova həmdə bütün maliyuə işlərinə nəzarət edir. Maraqlıdır ki, baş həkim Rüfət Səfərov onun kabinetini və səlahiyyətlərini “işğal” edən Bəşirovaya qarşı tam səssizlik və mütilik nümayiş etdirir.
Rayon icra başçısı Eyvaz Hüseynovun kadrı və yaxın adamı kimi tanınan Nurəngiz Bəşirova vaxtı ilə korrupsiya maxinasiyaları ilə gündəmdə idi. Onun haqqında ölkə mətbuatında sislsilə yazılar dərc olunurdu. Xocavəndin o vaxtkı baş həkiminin adı həmçinin bir çox qalmaqallarda hallanıb. Bir neçə il əvvəl Xocavənd Mərkəzi Xəstəxanasında baş verən dərman maxinasiyasına görə işdən çıxarılan Nurəngiz Bəşirova isə yenidən icra başçısı Eyvaz Hüseynova arxalanaraq xəstəxanada domindatlıq edir.
Xanım Bəşirovanın xəstəxanada söz sahibi olması isə Xocavənd əhalisinin narazılığına səbəb olsa da Eyvaz Hüseynov qeyri-rəsmi olaraq Nurəngiz Bəşirovanı faktiki olaraq “baş həkim” kimi çalışdırır. Bu isə Xocavənddə əhalinin əsas narazılıq səbəblərindən birinə çevrilib. Çünki Nurəngiz Bəşirova Xocavənd səhiyyəsini faktiki olaraq “ödənişli sistemlə” idarə edir.