Zaqatala səhiyyəsində korrupsiya xəstəliyi: Məcid Əliyev nə düşünür? – VİDEO
Zaqatala Rayon Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durumun bu gün əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Ölkə mediası rayonun səhiyyəsində hökm sürən acınacaqlı durum barədə bir neçə dəfə tənqidi açıqlamalar dərc edib. Hətta, aidiyyəti qurumları baş verənlərlə bağlı məlumatlandırmışıq ki, bəlkə Məcid Əliyevin rəhbərlik etdiyi sahədə “haqq-ədaləti” bərpa etmək mümkün oldu. Amma atalar demişkən, “sən saydığını say, gör fələk nə sayır” deyimi, zaman keçdikcə öz təsdiqini tapmağa başladı. Yəni, Zaqatala səhiyyəsinə rəhbərlik edən baş həkim, bu sahədə az-çox qayda-qanunu bərpa etmək əvəzinə, yenə də “feodal dövrü”ndən qalma idarəçiliyini tətbiq etməyə üstünlük verməkdədir… Məlumur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Bu səhiyyə ocaqlarında mövcud olan qiymətlərdən danışmaqla artıq heç kəsi təəccübləndirmək olmaz. Başqa sözlə desək, Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların olmasına baxmayaraq, hər bir poliklinika və ya xəstəxananın da bundan başqa özünün yazılmamış qanunları mövcuddur. Həm də xüsusilə pul mövzusuna gəlincə, bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Redaksiyaməza daxil olan məlumatlarda bildirilir ki, Zaqatala rayonunun səhiyyə sistemində də rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Məcid Əliyevin qoyduğu qayda və qanunlar, bu sahədə dövlət qanunlarından daha işləkdir. Qeyd edək ki, bu gün Zaqatala RMX-sı 250-çarpayıdan ibarətdir, onlardan 155 çarpayı RMX-da , 50 çarpayı Vərəm xəstəlikləri xəstəxanası, 45 çarpayı Əliabad, Danaçı, Suvagil kənd xəstəxanalarında yerləşir. Səhiyyə müəssisələrində 1374 işçi çalışır. Maraqlıdır ki, bu tibb ocagında qanunsuzluqlar o həddə catıb ki, baş həkim Məcid Əliyevin özbaşınalıqlarından təkcə xəstələr deyil, həm də tibb işçiləri də narazılıq ifadə edirlər. Redaksiyamızı məlumatlandıran mənbənin bildirdiyinə görə baş həkim ən adi müayinə üçün həkimlərdən tələb edir ki, xəstələrdən nəsə alsınlar. Əliyevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur. Kənd xəstəxanaları və ambulatoriyalarında ən adi sanitar qaydalarına riayət olunmadığına diqqət çəkən mənbə bildirir ki, Zaqatala rayonunda ağır xəstələrin paytaxta gətirilməsi xəstə yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ağır xəstələrin Bakıya gətirilməsi üçün müəyyən məbləğdə pul tələb edir. Ümumiyyətlə, Zaqatala səhiyyəsi sözün həqiqi mənasında bərbad günlərini yaşayır. Rayon Mərkəzi Xəstəxanasında bəd olaylar səngimək bilmir. Qanunsuz olaraq vətəndaşları keysəriyyə əməliyyatına salmağa razılaşdıran Nubar və onun reanimasiya şöbəsində gecələr baş tibb bacısı işləyən anası bu proseslərin birbaşa vasitəçisidirlər. Keysəriyyə əməliyyatına görə, vətəndaşlardan 400-600 manat civarında pul alaraq qanunsuzluqlara rəvac Nübar həkim və anasına heç kim heçnə deyə bilmir. İstədiklər vaxt işə gəlir, istəmədikləri vaxt gəlmirlər. Ümumiyyətlə, Zaqatala xəstəxanasında bu kimi qanunsuzluqların baş verməsində rayon icra hakimiyyətini də günahlandıran mənbə RAYON BAŞCISININ butun müəssisələrdən, o cümlədən mərkəzi xəstəxanasından da hər ay haqq aldıgını iddia edir. Mənbəmizin redaksiyaya təqdim etdiyi video-materialda xəstəxana işcilərinin acıq-aydın rüşvət alması barədə faktlara rayon icra hakimiyyətindən acıqlama almaq istədik. İcra başcının köməkcisi onların ünvanına olan iddiaların tamamilə cəfəngiyat oldugunu bildirdi.
Musayev Vüqar Rəcəb oğlu, “Dünya Kriminal” REDAKSİYADAN:Oxucularımızın nəzərinə catdırırıq ki, Zaqatala RMX-də yuxarıda qeyd etdiyimiz qanunsuzluqlar əlimizdə olan faktların cüzi bir hissəsidir. Yaxın zamanda rayon İH və mərkəzi xəstəxanada baş verən şəbəkələşmiş rüşvətxorluq hallarından bəhs edən araşdırmamızı sizə təqdim edəcəyik. BİZİ İZLƏYİN!