"Azərişıq” ASC-nin Cəlilabad şöbəsində özbaşınalıq


 
Azərişiq ASC-nin Cəlilabad rayon şöbəsinin əməkdaşı Kamran Ağayev tərəfindən 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Azərbaycan Respublikasının birinci vitse-prezidenti  xanım Mehirban Əliyevaya

Azərbaycan Respublikasının Baş Prokuroru  cənab Zakir Qaralov! 
müraciət ünvanlanıb.
Həmən müraciəti olduğu kimi təqdim edirik:
     
Ərizəmlə yazıb sizə bildirirəm ki, Azərişiq ASC-nin Cəlilabad rayon şöbəsinin Enerji satışı və Balans uçotu bölməsinin Ali təhsilİ olmayan rəisi, Məmmədov Həbib Qulu oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, Azərbaycan Respublikasinin qanunlarını kobud şəkildə pozaraq tutduğu vəzifəsindən şəxsi mənafeyini güdüb  ona həvalə olunan dövlət əmlakını talaması haqda mənim tərəfimdən əldə olunan fakt-sübütla ilk öncə Azərbaycan Respublikasının baş prokrorluğu yaninda Korrupsiya Qarşi Baş Mubarizə idarəsinin 161-çağrı mərkəzinə və Azərişiq ASC-nin dövlət enerji nəzarəti departamentinə bu haqda məlumat verdim. Azərişiq ASC-nin dövlət enerji nəzarəti departamentinin əməkdaşları Qafarov Elgün və, Quliyev Zamin  adlı əməkdaşı mənim iştirakımla Cəlilabad rayon Uzuntəpə kəndində yerləşən FURQAN market adlanan iri tutumlu obyektə baxış keçirən zaman məlum oldu ki obyektin uçot nöqtəsinin düzgün olmadığı, kobud şəkildə pozulduğu və Elektirik xəttin bir başa sayğacsız obyektə qoşulduğu aşkar olundu. 

Azərişiq ASC-nin dövlət enerji nəzarəti departamentinin əməkdaşları Qafarov Elgün və Quliyev Zamin  adlı əməkdaşı bir başa Azərişiq ASC-nin baş idarəsi ilə əlaqəyə çıxıb abonent kodu vasitəsi ilə araşdirma apardıqda məlum olduki son 3-aydır həmin obyektə elektirik enerjisi haqda sərfiyyat (bildiriş) verilmir və istifadə olunmuş enerjinin dəyəri ödənilməmişdir.

Əməkdaşlar tərəfindən Axan enerjiye görə 48.6 klovat güc müəyyən olunaraq itirilmiş enerjinin bərpası barədə akt tərtib olundu və 3-ayda bunun Azərişiq ASC-nə vurduğu zərərə görə bir başa Azərişiq ASC-nin Cəlilabad rayon Balans uçotu şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlu məsuliyyət daşıyır. Bunu da xüsusi qeyd etmək istəyirəm ki,Azərişiq ASC-nin Cəlilabad rayon şöbəsinin balans uçotu şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlu bilərəkdən obyektin elektirik sayğacını yandıraraq siradan çixarıb və yeni sayğac quraşdırılmasını təmin etməmişdir. Son 3-ayda sərf olunmuş elektirik enerjisi hesabat aparilmadan  Azərişiq ASC-nin balansna sıfır olaraq daxil etmişdir. Həmin obyektin sahibindən sərf olunmuş elektirik enerjisinin  haqqını rüşvət olaraq alınmışdır.

Cənab Baş Prokror bu cür faktlar Cəlilabad rayonunda çoxdur, Qeyri-Əhali sektorunda obyektiv araşdirma aparilsa Məmmədov Həbib Qulu oğlu tərəfindən dövlətə nə qədər ziyan vurulması aşkar oluna bilər. 
Odur ki, Sizdən xahiş edirəm bu faktların araşdırılmasına və dövlətə vurulan ziyanın qarşısını alınmasını öz nəzarətinizə götürəsiniz. Onuda qeyd edim ki, Həbib Məmmədovun işçilərdən qeyri-qanuni işə götürmək adı ilə ayrı-ayrı şəxslərdən küllü miqdarda rüşvət alması təsdiq edən fakt (telefon səs yazısı) məndə subut olaraq vardır, Sizin tapşırığınızla başladılan araşdırma zamanı həmin faktları təqdim etməyə hazıram.
Tarix: 17-07-2019, 17:00
Xəbəri paylaş





Xəbər lenti