Zaqatala sakini çarəsiz durumda... - GİLEY


Zaqatala sakini çarəsiz durumda...
Zaqatala rayonunun Göyəm kənd sakini Əhmədova Məlahət Rəcəb qızı Cebhe.info-ya müraciət edərək əlaqədar qurumlardan yardım istəyib.

Onun sözlərinə görə, 2012 -ci il mayın 7-ğdə Zaqatala rayonunda baş vermiş zəlzələdə evi dağılıb. Həmin ilin mart ayının 27-də həyat yoldaşımı da itirib: “Bir tərəfdən də zəlzələnin vurduğu fəsad məni xəstə etdi. Oğullarımdan biri Bakı şəhərində kirayədə yaşayırdi, digər oğlum isə orta məktəbdə işləyirdi, aldığı maaş isə dərmanıma güclə çatırdı. Nəhayət, komissiya yoxlamağa gəldi. Evimə baxış keçirildi və qəzalı olduğuna dair rəy verildi. Tezliklə evin tikiləcəyini dedilər. Üstündən 7 il keçir. Bu müddətdə növbəti zəlzələ baş verdi. Onsuz da dağılmış evim daha da istifadəyə yararsiz vəziyyətə düşdü. Bu 7 il ərzində evimdən sonra qəzalı rəyi almış neçə - neçə evlər tikildi, hətta o şəxslər arasında elə ailələr də var ki, həyətlərində özlərinin tikdikləri yeni evlər var. Son zəlzələdən sonra ev tikintisi yenidən aktuallaşdı, düşündüm ki, mənim də evim tikiləcək, lakin tikilmədi”.

Şikayətçi qeyd edib ki, dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb: “Mən artıq yaşlanmışam. Əlil kimi yaşayıram, daha doğrusu, yaşamağa çalışıram. Ətrafımdakı hər kəs bilir ki, mən ömrümün yarısını xəstə yatağında keçirmişəm. Heç yerdə işləmirəm, xəstəliyimə görə mənə pensiyanın düşmədiyi bildirilib. Reallıqda mən yeriyə bilmirəm. Fiziki məhdudiyyətli adamam. Yaşımın ahıl çağında xəstə, evsiz və pensiyasız qalmışam. Aqibətim bəlli deyil. Tək arzum aidiyyati səxs və qurumların işlərinə vicdanla yanaşaraq, bu vəziyyətin aradan qaldırılması üçün əməli addım atmasıdır”.

Zaqatala sakini çarəsiz durumda...
Zaqatala sakini çarəsiz durumda...
Zaqatala sakini çarəsiz durumda...
 
Tarix: 22-07-2019, 09:56
Xəbəri paylaş





Xəbər lenti