Uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənovla didişən, filiz kombinatını öz kurasiyasına keçirmək üçün dəridən-qabıqdan çıxan Daşkəsənin icra başçısı Əhəd Abıyevin cəhdləri puça çıxdı.

Cahan.info mətbuata istinadla xəbər verir ki,
Ə.Abıyev Daşkəsəndəki filiz kombinatı uğrunda mübarizədə K.Həsənova bata bilmədi.

“Daşkəsən Filizsaflaşdırma” ASC-də sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Prezident İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə müəssisə özəlləşdirilmək məqsədi ilə ƏMDK-nın balansına verilib.

Amma komitə kombinatın özəlləşdirilməsinə şərait yaratmır. Ə.Abıyevin bu işdən mənfəəti odur ki, özəlləşdirmə gedəcəyi halda Daşkəsəndə yerləşən filiz kombinatında öz payını götürəcək.

Əhəd Abıyev istəyirdi ki, “Baku Cteel Company” zavodunun rəhbəri Rasim Məmmədov kombinata rəhbərlik etsin. Gedişat göstərdi ki, icra başçısının komitə sədrinə gücü çatmadı.

O, özünə yaxın mətbuatı qabağa verərək R.Məmmədovun əli ilə kombinatın özəlləşdirilməsinə can atırdı.

Lakin K.Həsənov da kiçik fiqur deyil və xeyli zamandır ki, filiz kombinatının komitənin balansından çıxarılması mümkün olmur.

Cahan.info mətbuata istinadla xəbər verir ki, Daşkəsən camaatı Ə.Abıyevdən razı deyil. İllərdir ki, yeni rəhbər təyin olunacağı gözlənilir.

O, ucqar dağ bölgəsində oturub, mərkəzdən bir çox məsələləri gizlədərək istədiklərini reallaşdıra bilir. Elə aprel qazisi Arzu Məmmədovla bağlı məsələsi də bariz nümunəydi. Ə.Abıyev də bir neçə dəfə başqa rayona təyinat almaq üçün çırmanıb. Ancaq istəyinə nail ola bilməyib.

Ə.Abıyevin heç bir iş görməməsi, ayrılan vəsaitləri çapıb talaması, ətrafındakı məmurlara əhaliyə zülm etməyə şərait yaratması narazılığı artırır.

Saytlarda getmiş yazılarda fermerlər tərəfindən edilmiş müraciətdə deyilirdi ki, Daşkəsəndəki yaylaqlara qoyun-quzularımızı aparmaq üçün hər il müsibətlərə düçar oluruq.

İcra başçısı Əhəd Abıyevin yaylağa qalxan 3 istiqamətdə postu var. “Xanlar” rayonundakı Lülləli adlanan postu keçəndən sonra Daşkəsən ərazisi başlayır.

Burada Gülazar adlanan ərazidə (köhnə Qara Keşiş) olan postda Əhəd Abıyevin Azər və Nüsrət adlı nümayəndələri dayanırlar. Onlar hər il qoyun-quzu yaylağa köçəndə hər sürüdən 30-40 baş qoyun alırlar.

Hər sürüyə görə isə Şahbaz Mehdiyev əlavə 2000-5000 manat, bəzi fermerlərdən isə 8-10 min manat haqq alırlar.

Hər köç mövsümündə orta hesabla 800-1000 baş qoyun rüşvət kimi biz fermerlərdən yığılır və Daşkəsənin icra başçısına çatır.

Digər məlumat Daşkəsənin məşhur Xoşbulaq istirahət mərkəzi haqdadır. Xoşbulaq qəsəbəsində icra başçısının müavini rayonun yaylaq ərazilərini fermerlərə satıb. Özü üçün biznes sahəsi yaratmasını qeyd etməkdən başqa, o, Ə.Abıyevin burada özü üçün görünməmiş mülklər tikib.

Prezident cənab İlham Əliyevə ünvanlı müraciətdə Ə.Abiyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini vəhşicəsinə dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub.

Həmçinin, Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq doğurub.

Xoşbulağın girişindəki gölün kənarında yerləşən qəbirstanlığın qarşısında restoran yaratması da etirazla qarşılanıb. Prezidentin apardığı islahatlar, yerlərdə icra başçılarını dəyişməsi Daşkəsənliləri ümidləndirib.

Qarşı tərəfi dinləməyə hazırıq.