Baba Rzayevin "İŞIQÇILARI" Bərdəlilərə "ZÜLMƏT YAŞADIR"

 Gündə neçə dəfə işıqlar sönməlidir ki, Bərdə İşıq idarəsinin rəisinin, məsul şəxslərin ürəyi soyusun. Sutkada azı on dəfələrlə işıqları söndürməkdən bezməyən "İşıq idarəsi" öşçiləri görəsən bu murdar işdən yorulmadılar ? Bu günlərdə bir çox yaşayış məntəqələrində elektrik enerjisi o dərəcədə zəifləyib ki, əhalinin xeyli hissəsinin bahalı məişət avadanlıqları yanaraq sıradan çıxmışdır. Rayondan Siam.az saytına verilən məlumata görə dəfələrlə elektrik şəbəkəsinə  şikayət etsələrdə , sanki insaların acığına elektrikin gücü daha da zəifləmişdir. Yayın bu qızmar günlərində axı bu kasıb insanların el arasında " tokartıran " deyilən cihazı almağa maddi imkanları çatmır .Əhali adi bir " ventilyator" işlədə bilmirlər.İşığın gücü çatmır.Enerjini özü tənzimliyən kondisionerlər həddən artıq bahadır.Kimə şikayət edəcəklərini bilmirlər.Az qala kvartala bir müdir dəyişirlər işıq idarəsində. Bərdədə heç kim müdirin adını yadda saxlamağa həvəs göstərmir.Necə olsada tezliklə bu müdir də gedəcək, deyirlər. Hörmətli Baba Rzayev bəlkə insafa gələ, BƏRDƏLİLƏRİ bu adını heç kimin bilmədiyi yeni müdirə  tapşıra...Bu camaat yazıqdır axı. Bərdəlilər bu müraciətdən sonra da tədbir görülmədiyi təqdirdə daha radikaladdımlar atacaqlarına and içiblər.                                              Bu təqdim etdiyimiz şəkillər rayonun İsmət Qayıbov küçəsində çəkilib:                          Siam.az
Tarix: 27-07-2019, 20:25
Xəbəri paylaş





Xəbər lenti