Quba rayonunun Alpan kəndində təxminən 2000-ə yaxın yaşayış evinə lilli su verilir.
Bununla bağlı Demokrat.az-a sakinlər şikayətlə müraciət ediblər.
Sakinlərin təqdim etdiyi görüntülərdən də aydın olur ki, kəndə verilən içməli su yararsız vəziyyətədir.
Sakinlərin sözlərinə görə, kəndə 10 günə yaxındır içməli su verilmir.
"Əslində su verilir, amma verilən suyu heyvan belə içmir. Çünki su palçıqlıdır. Sözün həqiqi mənasında evlərə verilən su, palçıqlıdır. Deyəsən, Quba rayon Sukanal İdarəsi sakinlərə surpriz hazırlayıb. Su əvəzinə evlərə vulkanik mənşəli lava verilir", - deyə sakinlər narazılıq edirlər.
Məsələ ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Demokrat.az-a bildirib ki, sözügedən kəndin içməli su ilə təmin olunması yerli bələdiyyənin balansına aid olan məsələdir:
"Sözügedən yaşayış ərazisində içməli su təminatı "Azərsu" ASC tərəfindən aparılmır".