Bərdədə XIV əsrdə tikilmiş Axsadan baba türbəsinin yalnız yeraltı hissəsi qalıb.
Oxu.az-ın məlumatına görə, əvvəlki hündürlüyü 16 metr olan türbənin çay daşlarından hörülmüş alt hissəsi tarixi abidə kimi qorunur.
XX əsrin əvvəlində bolşevik-daşnak istilası dövründə rayon İcraiyyə Komitəsinin sədri Xaçımov və milliyyətcə erməni memarın göstərişi ilə türbə tamamilə sökülüb. Söküntüdən çıxan kərpiclərdən və qəbiristanlıqdakı baş daşlarını əridib əhəngə çevirərək, Bərdədə indiki köhnə mehmanxana deyilən binanı tikiblər.
Məlumata görə, Axsadan baba türbəsinin şəkli XX əsrin əvvəlində rus rəssamı tərəfindən çəkilib və indi Milli Azərbaycan Tarix Muzeyindədir.
Türbənin yerindənqurmaya ehtiyac var.