“İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” - Şəhid qardaşı

 Xocavənd rayon İcra Hakimiyyətinin əməkdaşı Ataman Əzizov icra başçısı Eyvaz Hüseynovdan şikayətçidir.
Bizimyol.info-ya müraciət edən A.Əzizov iddia edib ki, icra başçısı onları aldadıb.
"Biz şəhid ailəsiyik. Bizi Xocanənd sakinləri üçün inşa olunan qəsəbədə mənzillə təmin etdilər. İcra başçısı dedi ki, qəsəbənin açılışında iştirak edəcək baş nazirin müavini Əli Həsənov bizim evdə olmaq istəyir. Bizim ev məişət əşyaları ilə təmin olunub. Amma Bakıdan gələn mebel əşyaları bizi evə verilmədi. İcra başçısı mənə bildirdi ki, məişət əşyaları və mebellərlə təmin olunmayacağını, özümün əşyalar almağımı istədi. Və dedi ki əşyaların pulunun ödənilməsində kömək edəcək. Amma kömək edilmədi,”-deyə A.Əzizov bildirdi.
O deyib ki, şəhid ailələrinə verilən müavinətləri borca verir: "İcra hakimiyyətinin əməkdaşıyam. Aldığım maaşı da borca verirəm. İcra başçısına dəfələr müraciət edərək onun tələbilə evə alınan mebel əşyalarının pulunun ödənilməsinə kömək istədim. Kömək etməyəcəyini dedi. Mərkəzi icra hakimiyyəti qurumlarına etdiyim müraciətimə görə məni işimlə təhdid edir”.

Tarix: 17-08-2019, 14:30
Xəbəri paylaş





Xəbər lenti