"SANKİ MƏKTƏB DEYİL...": AĞDAŞDAKI 5 SAYLI MƏKTƏBİN BƏRBAD DURUMU -- ŞİKAYƏT

"SANKİ MƏKTƏB DEYİL...": AĞDAŞDAKI 5 SAYLI MƏKTƏBİN BƏRBAD DURUMU -- ŞİKAYƏT

MÜƏLLİMLƏR: "ÇOX İSTƏRDİK Kİ, YARARSIZ VƏZİYYƏTDƏ OLAN BİZİM MƏKTƏBƏ DƏ BİR ƏNCAM ÇƏKƏN TAPILSIN!"

Bu yazıdakı foto-videolarda gördüyünüz xoşagəlməz mənzərələr Ağdaş şəhərinin mərkəzində -- Heydər Əliyev prospektində yerləşən 5 saylı ümumi orta məktəbdə çəkilib. Gördüyünüz kimi, bu məktəbin "uzü bəzək, içi təzək" olan binasının görkəmi yerləşdiyi prospektin adına zərrə qədər də uyğun gəlmir. Məktəbin dövrün tələblərinə cavab verməməsi bir yana, özü hər an baş verə biləcək ciddi təhlükələrlə üz-üzədir. Tam yararsız vəziyyətdə olan binasının ön tərəf divarı bəzəkli olsa da, içi olmazın problemlər məngənəsində "çabalayır". İçəriyə çəkilən elektrik naqillərinin bir-birinə dolanan calaqları dərsə gələn azyaşlıları daha ciddi təhlükələr qarşısında qoyur. Buradakı kommunal çatışmazlıqlar, hər addımda rastlaşılan problemlər saysız-hesabsızdır. Onun ən əsas problemi isə, bina divarlarının deformasiyaya uğramasıdır. Binanın rütubətli havası içəridə gedən çürümə prosesini anbaan gücləndirir, bu isə, taxta döşəmələrin, sütun və dayaqların sıradan çıxmasının sürətlənməsinə səbəb olur.
Məktəbin yamaq-yamaq olan divar və eyvanlarının uçma təhlükəsi də göz qabağındadır. Müəllimələrin bacardıqları qədər divarlarda apardıqları bərkitmə işləri binanın ümumi görünüşünü daha vahiməli edib -- sanki hər an üstünə gələcək kimi bir görkəm alıb (Ona görə bu işləri müəllimələrin gördüklərini xüsusi qeyd etmək lazım gəldi ki, ümumiyyətlə, bu məktəbdə müəllimlər işləmir. 50 nəfərlik pedaqoji kollektiv yalnız xanımlardan ibarətdir -- red.). Belə bir acınacaqlı durum bütün koridor və sinif otaqları boyunca davam edir. Sinif otaqlarının durumunun daha acınacaqlı olmasına baxmayaraq, müəllimələr çox çətin şəraitdə məktəbə gələn sevimli şagirdlərinə dərs keçməkdə davam edirlər.
Aidiyyatı dövlət qurumları və şəhər hakimiyyətinin məsul şəxsləri məktəb binasının təhlükəli durumda olması ilə bağlı dəfələrlə məlumatlandırılsalar da, divarlarının uçuq-sökük, sinif otaqlarının soyuq və yararsız olması hər dəfə onların diqqətinə çatdırılsa da, bütün müraciətlər nəticəsiz qalıb. Lakin əlaqədar dövlət qurumlarının rəhbərlərinin hamısı yaxşı bilirlər ki, acınacaqlı durumda olan, təhlükələrlə üz-üzə qalan belə məktəb dövrün tələblərinə tam cavab vermir.
35 il bu məktəbin müəlliməsi olan Rəna xanım Kərimova bu yaxınlarda ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da, yuxarıda qeyd olunan narahatlıqlarla bağlı müraciət ünvanlayıb. Müraciətinin sonunda xahiş edib ki, ona doğma olan bu məktəbə də bir əncam çəksin. Birinci vitse-prezident aparatından ağbirçək müəllimənin bu müraciəti, baxılması üçün, Təhsil Nazirliyinə göndərilib. Nazirliyin Təsərrüfathesablı Əsas Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundovun imzası ilə Kəmalə müəlliməyə göndərilən cavab məktubunda isə bildirilib ki, "Azərbaycan Respublikası regionlarının 2019 - 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Tədbirlər Planında, Ağdaş şəhər 5 saylı tam orta məktəbi üçün yeni binanın tikintisi də nəzərdə tutulub. "Yaz gələr, yonca bitər" vədi məktəbin pedaqoji kollektivinin bu dəfə də əl-qolunu yanına salıb. Ümidləri puça çıxan, əlləri yerdən-göydən üzülən müəllimələr və burada oxuyan şagirdlərin valideynləri bundan sonra nə edəcəklərini bilmirlər. Son ümidlərini yalnız dərd-sərlərinin ictimailəşdirilməsinə bağlayıblar. Bu məqsədlə, elə, bu məktəbdəcə media nümayəndələri ilə görüş təşkil ediblər. Pedaqoji kollektivin narahat üzvləri İradə Məmmədovanın, Sara İbrahimovanın, Kəmalə Rəhimovanın, Nuranə Şirinovanın, Aynur Rəşidovanın, Əminə Kərimovanın və başqalarının dediklərindən o da məlum olub ki, İllər öncə məktəb kimi istifadəyə verilən bu bina indiyədək bir dəfə dә olsa təmir olunmayıb: "Binada şəraitin bu dərəcədə ürəkağrıdıcı olması da bunun nəticəsidir. Ozünüz də gördünüz ki, məktəb çox şəraitsizdir. Bu şəraitsizlik hamımızı bezdirsə də, yenə öhdəmizə düşənləri vicdanla yerinə yetiririk. Biz istəyirik ki, övladlarımız normal yerdə təhsil alsın. Demirik, bina sökülsün, yenisi tikilsin. Heç olmasa, yaxşı təmir edilsin. Bu binanın normal vəziyyətə gəlməsi üçün əsaslı təmir lazımdır. Bizim özümüzün, valideynlərin vəsait toplayıb, nəsə etməyə gücümüz çatmaz. Yağış yağan vaxtlar tavan, döşəmə və divarlarının rənginin dəyişməsi, yarıqlardan içəriyə axan suların sonradan ətrafa yaydığı üfunət qoxusu da qabaqcadan xəbərdarlıq edir ki, burada daha təhlükəli vəziyyətlər yarana bilər.
Bu gərgin vaxtlarda daha çox təhlükə ilə üzləşənlər uşaqlardır. Binanın hər tərəfi tam yararsız, qəza ilə üz-üzə, damı bərbad durumda olduğundan uşaqlar hər an təhlükə ilə üzləşə bilər. Təhlükə anlarında azyaşlıların həyətə çıxmaq imkanları da yoxdur. Məktəbin həyətindəki bərbad şərait də ürək ağrıdır. Yağış yağanda kanalizasiya suları daşıb həyətə dolur. Ətrafa yayılan üfunət qoxusu isə, vəziyyəti dözülməz edir.
Bir sözlə, məktəb binasının hazırkı durumu çox acınacaqlıdır, rütubət qoxusundan nəinki burda dərs keçmək, nəfəs almaq belə olmur. Belə durum isə, ümumilikdə, məktəbin özü üçün də təhlükəlidir. Bu barədə, dəfələrlə əlaqədar qurumlara, şəhər rəhbərliyinə də müraciətlərimiz olub. Lakin...".
Narahat müəllimələrin söylədiklərinə daha narahat valideynlər daha həyəcanlı "notlarla" yekun vururlar: "Məktəbimiz çox pis vəziyyətdədir. Döşəməsi, tavanı uçub-tökülür. Pəncərələri, stol-stulları, digər mebelləri qırıq-qırıqdır, qapıları bərbad gündədir. Qışda soyuqdan içəridə oturmaq olmur.
İndi hansı dövrdür ki, uşaqların
sinif otaqlarında soyuqdan oturması mümkün olmasın? Özünüz deyin, müasir Azərbaycana yaraşan binadır? Hər gün eşidirik ki, müasir tipli məktəblər inşa edilir, nə bilim, ən ucqar kəndlərdə belə təmirsiz məktəb binası qalmayıb və sairə. Bizim məktəbimiz ucqarda da deyil, bəs, bu nə biabırçılıqdır? Biz də istəyirik ki, övladlarımız normal yerdə təhsil alsınlar. Təmir getsə, bir azca əl gəzdirilsə, heç olmasa, əsas problemlər düzələr".
Valideynlər əməkdaşlarımıza artıq uşaqlarının qış uzunu xəstə olub, dərsdən qalmalarından usandıqlarını da söyləyiblər: "Neyləyək, uşaqlarımızı məktəbə göndərməyək, təhsilsiz qalsınlar?! Məcbur gedirlər, istiliyin yoxluğu ucbatından isə, bütün qışı xəstə olurlar.
Müəllimələrdən tam razıyıq, təhsil pis deyil. Uşaqlarımızı oxudurlar, ali məktəblərə girənlər də olur. Lakin bizim adımızla yox, başqa məktəblərin adları ilə girirlər. Axı, burada oxuyan şagirdlər, son illəri başqa məktəblərdə təhsil almağa məcburdurlar. Bizim məktəbin ümumi yox, tam orta məktəb statuslu olması da daha yaxşı olardı"
İnanırıq ki, indi ümidləri yalnız Böyük Allaha qalan məktəb kollektivinin və narahat valideynlərin səslərinə səs verən kimsə tapılacaq.

Rəsafil BAYRAMOV,
atatv.az xəbər portalının rəhbəri,
Şəlalə ÖMƏROVA,
"Məktəb" qəzetinin əməkdaşı,
Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

Tarix: 18-08-2019, 00:01
Xəbəri paylaş

Xəbər lenti