Saatlıda biabırçı seçki mənzərəsi - İDDİA

Saatlıda biabırçı seçki mənzərəsi
Saatlı rayon 62 saylı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Mehdiyev Oqtay Hüseyn oğlu ilk gündən sırf qanun pozuntusu ilə müşaiyət olunan seçki təbliğatı aparır.

Xatırladaq ki, ixtisasca həkim asistent olan Oqtay Mehdiyev elmi dərəcəsi olmasa da Azərbaycan Dövlət Tibb Universitetində işləyir. O, rayonun Qara Nuru inzibati ərazisində çadır qurdurmuş, seçiciləri ələ almaq məqsədi ilə hər gün üç dəfə yemək- içmək məclisi təşkil edir. Təbii ki, bu da Azərbaycan Respublikası Seçki Məcəlləsinin 11-1-ci maddəsində qeyd edildiyi kimi Seçkilərin gedişinə qanunsuz müdaxilə aktı kimi haqlı olaraq rayon İcra Hakimiyyətinin narazılığına səbəb olmuş və həmin çadırları sökdürmüşdür.
Məlumat üçün bildirək ki, Oqtay Mehdiyevin qaynatası da nüfuzlu bir həkim kimi keçmiş səhiyyə naziri Əli İnsanovun yaxın dostlarındandır. Rayon sakinləri arasında onun namizədliyinin ilk növbədə Əli İnsanov tərəfindən dəstəkləndiyi barədə fikir formalaşmışdır. Hüquq mühafizə orqanları bu faktı nəzarətdə saxlamalıdırlar. Maraqlıdır ki, Saatlı rayonunun inzibati ərazisinə daxil olan 65 saylı seçki dairəsindən də ixtisasca həkim olan digər namizəd qeydə alınmışdır.
Gundemxeber.Az
Tarix: 24-01-2020, 08:47
Xəbəri paylaş





Xəbər lenti