Hərbi prokurorluqda polkovnik-leytenant” Nizami Nəbiyevlə bağlı araşdırmalara başlanıldı

Hərbi prokurorluğda “şantajçı polkovnik-leytenant” Nizami Nəbiyevlə bağlı araşdırmalara başlanıldı


Səfərbərlik və Həqiqi Hərbi Xidmət Üzrə Cəlilabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Nizami Nəbiyevlə bağlı Hərbi Prokurorluğa rəsmi məktub ünvanlanıb.

Dosye.org-a prokurorluğdan verilən məlumata görə, məsələ “Qanun pozuntuları barədə məlumatların araşdırmalar şöbəsi”də araşdırılır. Bir daha nəzərinizə çatdıraq ki, Səfərbərlik və Həqiqi Hərbi Xidmət Üzrə Cəlilabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Nizami Nəbiyev vəzifə səlahiyyətindən sui-istifadə edərək qanunları kobud şəkildə pozub. Hərbi hissələrə yola saldığı gənclərin hərbiyə yararsız olduğu, habelə Cəlilabad rayon Hamarqışlaq kənd sakini  Astanov Mais Əzizağa oğlunun axtarışda ola-ola hərbi bilet verilməsini əsas gətirərək məsələnin dərindən araşdırılması üçün Hərbi Prokurora rəsmi məktub ünvanlanıb. Əlbətdə ki, şöbə rəisin əməlləri bir növ erməni maraqlarına xidmət edir.

Xatırladaq ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb. Araşdırmalarımız davam edir…

Dosye org

Tarix: 24-01-2020, 14:18
Xəbəri paylaş





Xəbər lenti