Şəmkirin başçısının məzlumlar üzərində qurduğu səltənət: Orucov ailəsi bu qışı sağ çıxmayacaq…

        
Şəmkirin başçısının məzlumlar üzərində qurduğu səltənət: Orucov ailəsi bu qışı sağ çıxmayacaq…
Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi Şəmkir rayonunun Sarıtəpə kəndində bir ailənin fəlakətli şəraitdə yaşaması ilə bağlı məlumat paylaşıb:

“Azərbaycan insanı daxmalarda çürüyür. Deməli Sarıtəpə sakini qaz və istilikləri olmadan burada yaşayırlar. Yaşadıqları bu yaşayış yeri(buna yaşayış demək olarsa) özlərinə məxsus deyil, xeyirxah bir kənd sakini tərəfindən təmin edilib. Ailə başçısı Vüqar Orucov özü sümük xəstəsidir, qızı qan xərçəngi, oğlu beyin xərçəngi, həyat yoldaşının isə özündən getməsi var. Həyatımdan ilk gördüyüm faciəli insanlıq dramıdır. Belə bir ürəkləri sızladan yaşamları ilə davam etməkdədirlər. Şəmkir rayon icra sturukturları, bu məsələ ilə məşğul olacaq aidiyyatı qurumlar onları bir dəfə də olsun nə ziyarət edib, nədə ki, dəstək olublar. Sosial yardım almırlar, dövlət qayğısı görmürlər, Allahdan və bir-iki şəxsi çıxmaq şərti ilə ümid yerləri yoxdur”
sozcu.az





Tarix: 25-01-2020, 08:45
Xəbəri paylaş





Xəbər lenti