Bu gün Azərbycanda dövlətin adından çıxış edən hər bir məmur, hər bir vəzifəli şəxs sosial ədalətin bərpası uğrunda çalışmalıdır. Əgər bu gün biz şəhidin ailəsinə sahib çıxmırııqsa, hansı oğul əsgər gedib şəhid olmaq istəyər? Vətən yolunda borcunu vermək həm varlının, həm də kasıbın borcudur. Vətən yalnız kasıbların vətəni deyil ki, şəhid olanlar yalnız kasıb balalalrı olsun. Sosial ədalət olmasa biz sabah mnüharibə edə mbilmərik. O müharibəyə kimlər gedəcək? Dünən sosial şəbəkədə yayıldı. Qazax rayonunda bir şəhidin anasına Röya kömək edib. Rayonun icra başçısı yox. Bəli hər bir vətəndaş onlara borcludur, amma bu icra başçısının birbaşa vəziəsidir. Ayıb olsun o başçıya ki, bir şəhid anasına sahib çıxa bilmir”.
Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi, istefada olan zabit Elçin Axundzadə səsləndirib.
Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayan 75 yaşlı Əsmər Cəfərova evinin bərbad vəziyyətdə olmasından şikayət edib. Onun səsinə müğənni Röya cavab verib.
Müğənni Röya Ayxan özü bu barədə yazıb: “Qazaxa getdik, Əsmər xanıma dedim ki, iki oğul böyütmüsən, biri əsgərdir, digəri şəhid. Bizə əsas odur ki, xanımın o şəraitdə yaşamasına icazə verməyək. İnanırsınız, evin döşəməsi yoxdur, palçığın içində yaşayır. Gücüm çatan hər şeyi öhdəliyimə götürdüm. Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışığını təmin edə bilir. Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var”.
Elçin Axundzadə ilə müsahibədə isə siz cəsuslar şəhəri olan Bakı barədə maraqlı fikirlərə qulaq asacaq, onun dilindən ölkədəki məmur özbaşınalığına son verilməsi üçün təklifləri dinləyəcəksiniz. Politoloq ölkənin rifahı naminə müxalifətlə iqtidarın danışıqlar masasına oturmalı olduğunu və bir – birlərini dinləməyin vacibliyini qeyd edib.
“Televiziyalar dövlətin simasıdır. Burdan çıxıb dövlət başçısını kişi siması olmayanlar tərifləyir. Kişiyə sözü kişi deyər, kişini kişi tərifləyər. əxlaqı zəif adamlara meydan veriblər, bu xalqın balalarının gələcəyi nə olacaq, kimləri, nəyə hazırlayırsınız?”,- deyə o telekanal rəhbərlərinə də üz tutub.Bizimyol.info