Amerika səfirliyinin dəstəyilə Bərdə məktəbində teatr göstərildi

  
 Tamaşalarda  cəmiyyətimizin fiziki məhdudiyyətli insanlara münasibətindən bəhs olunub.
Yanvarın 22-də Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə Amerika səfirliyinin maliyyə dəstəyi  ilə “Bizimlə ol ” adlı tədbir keçirilib.“Bizimlə ol ! – layihəsi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin icma quruculuğu proqramı çərçivəsində həyata keçirilir.Bizimlə ol !-layihəsinin əsas məqsədi  5 regionda – Mingəçevir, Bərdə, Tərtər Ağdam və Beyləqan rayonlarında fiziki məhdudiyyətli tipik gənclər arasınada sosial,inkluziv cəmiyyətin təmin olunması, onların lazımi potensialının üzə çıxarılması və dəstək olunmasından  ibarətdir .Proqramın ilk hissəsi  təlimlər,ikinci hissəsi  mentorluq,üçüncü hissəsi bağlanış mərasimindən  ibarətdir.  Hər bölgədən olan 15 gəncə - burada  fiziki məhdudiyyətli gənclərə inkluziv təhsil,inkluziv cəmiyyət , zorakılıq, nifrət hissi ,stiqmalar, stereotiplər,teatrın ilkin texnikaları barədə məlumat verilib. Bundan sonra gənclər müşahidələrinə əsasən, ictimai həyatda gördükləri hadisələr üzərində tamaşalar hazırlayırlar.”- deyə layihə rəhbəri Aliyə xanım Məmmədhəsənzadə bildirib.Layihə rəhbəri Aliyə xanım Məmmədhəsənzadə Qeyd edib  ki, Mingəçevir şəhərində layihə çərçivəsində görüləcək işlər artıq yekunlaşıb. Hazırda Bərdə ilə bağlı nəzərdə tutulmuş fəaliyyətlər həyata keçirilir. Yanvarın 18-dən Bərdə ASAN xidmət könüllüləri ilə əməkdaşlıq şəraitində layihənin fəaliyyət planına uyğun olaraq gənclər arasında müəyyən işlər aparılıb. Qarşıda isə Ağdam, Tərtər, Beyləqan rayonlarında fiziki məhdudiyyətli şəxslər haqqında ictimai fəaliyyətin davam etdirilməsi durur. Yekunda Bakı şəhərində tədbir keçiriləcək, layihə iştirakçıları mükafatlandırılacaqdır.Layihə haqqında ətraflı məlumatlardan sonra fiziki məhdudiyyəti olan şəxslərə ictimai münasibəti əks etdirən "Əlillik ünsiyyətə əngəl deyil", Əlillik Fərqlilikdir", " Əlillik məhdudiyyət deyil" adlı 3 sosial tamaşa göstərilib. Tamaşaların sonunda auditoriya ilə fikir mübadiləsi aparılmış və fikirləri öyrənilmişdir. Səhnəciklərin  mövzusu həyatdan götürüldüyündən tamaşaçılar tərəfindən maraqla qarşılanıb.Tamaşalarda müəssisələrdə fiziki məhdudiyyətli şəxslərə işləmək üçün şəraitin yaradılması, əlil arabasında olan şəxslərə ictimai yerlərdə tələb olunan köməkliyin edilməsi, ictimai nəqliyyatda yer verilməsi qabardılıb.Tamaşalar sürəkli alqışlarla qarşılanıb. 
 Siam.az  
 
Tarix: 26-01-2020, 15:20
Xəbəri paylaş





Xəbər lenti