Ucarda yüzbaşı oyunu: başçının müavini seçkiyə qarışır
91 saylı Ucar rayon seçki dairəsində seçkiyə müdaxilə hallarına başlanılıb. Rayondakı etibar mənbələrdən daxil olan məlumata görə, RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev Ucarda yüzbaşı və minbaşı sistemi yaradaraq Ramil Həsən adlı namizədin təbliğatıyla məşğuldur. Rayonunu kəndlərini gəzən Mehdiyev seçiciləri R. Həsənə səs verməyə çağırmaqla bərabər, onları şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini götürür, Həsənə səs verməyəcəyi təqdirdə hədə-qorxu gəlir.Aldığımız məlumata görə, yüzbaşılara 100, minbaşılara isə 200 manat pul ödənilib.Əslində Vaqif Mehdiyev bir müddət əvvəl mətbuatın gündəmində olub. Onun kobud hərəkətləri rayon sakinlərində narazılıqlar yaradır. Qəbullarda vətəndaşları çəkinmədən təhqir edir, kobud sözlər işlədir. Çox təssüf olsun ki, rayon icra başçısı onun barəsində heç bir ölçü götürə bilmir. Vaqif Mehdiyev özünü o dərəcədə özbaşına aparır ki, bir qədər evində istifadə etdiyi elektrik enerjisinin pulunu vermədiyindən borcu şişib küllü miqdarda olmuşdu. Elektrik şəbəkəsinin əməkdaşları ondan pul borcunu ala bilmirlər. Sakini olduğu Ucar rayonu Qazyan kənd ərazisində yerləşən böyük fermasında işçilərlə əmək müqaviləsi bağlamadan onların əməyini istismar edir. Yüzlərlə hektar torpaq sahələrinin vergisini ödəmir.Bu hələ bildiklərimizin bir hissəsidir. Mənbənin dediyinə görə, o ki qaldı seçkiyə, mənbənin məlumatına görə, bütün bu çabalara baxmayaraq ucarlılar bu dəfə öz aralarından və layiqli namizədi seçəcəklər.
Tarix: 28-01-2020, 14:55