Şair Alxasov seçkiləri belə idarə edir... - İDDİA

Şair Alxasov seçkiləri belə idarə edir...
"Qusarda seçkilər olmayacaq. İndidən bəllidir". Bunu DİA.AZ-a Qusardan yazırlar. Qusar sakinləri bildirir ki, rayonun icra başçısı Şair Alxasov indidən seçkilərə müdaxilə etməyə başlayıb.

Dia.az-a bildirilir: "Şair Alxasov yaxşı dərk edir ki, onun karyerası da elə bu seçkidən asılıdır. Təbii ki, böyük ustalıqla işləməlidir. Amma burada bir məqam da var. Prezidentin cəmiyyətəö çağırışı. Alxasov bilir ki, istənilən an həm də qurban verilə bilər. Buna görə də daha da ehtiyyatlı olmaq zorundadır. Həm hansısa dairələrin maraqlarını qorumalıdır, həm də Prezidentin hədəfi olmamalıdır. Alxasov buna görə ciddi şəkildə, həyəcanlı formada çaba sərf edir".

Mənbə bildirir ki, bu gündən etibarən Qusarın bütün idarə və müəssisə rəhbərlərinə seçkilərlə bağlı başçının adndan göstəriş verilib: "Həftəsonu toplantıları olacaq. Alxasovun bu hərəkəti aşkar şəkildə seçkilərə müdaxilədir".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün tərəfləri dinləməyə hazırıq...
Tarix: 29-01-2020, 21:28
Xəbəri paylaş





Xəbər lenti