Seçki günü yaxınlaşdıqca bir çox dairələrdə olduğu kimi, 73 saylı Lənkəran şəhər seçki dairəsində də hərarət artır.
Mia.az xəbər verir ki, bu barədə həmin dairədən namizəd olan tanınmış müsavatçı, yerli əhali arasında kifayət qədər nüfuzu olan Yadigar Sadıqlı maraqlı status paylaşıb.
O bildirib ki, bu gün Lənkəranda 3 dəfə toplantı olub: "Növbə ilə müxtəlif büdcə təşkilatı işçilərinin, əsasən də müəllimlərin çağırıldığı toplantıda icra başçısının birinci müavini, YAP Lənkəran təşkilatının sədri Möhübbət Babayev, icra başçısının müavini, YAP Lənkəran təşkilatının Qadınlar şurasının sədri Rasilə Arifqızı YAP-ın rəsmi namizədinin əleyhinə təbliğat apararaq, hamını bitərəf Rüfət Quliyevə səs verməyə çağırıblar".
Maraqlıdır ki, bu dairədə hakim partiya - YAP Lənkəran Təhsil Şöbəsidən Bağırov Güloğlan Baloğlan oğlunun namizədliyini verib. Ancaq aydın olan və proqnozlaşdırıldığı kimi, icra başçısı Taleh Qaraşov YAP-ın namizədini deyil, birtərəf kimi seçkiyə qatılmış deputat Rüfət Quliyevdən yana inzibati rıçaqlarını səfərbər edib.
Yeri gəlmişkən, buradan tanınmış jurnalist Yelena Eyvazlı da namizəd idi. Lakin o, yanvarın 26-da gözlənilmədən seçki yarışından geri çəkilib. Namizədliyini geri götürən jurnalist detallara varmadan deyib ki, o, buna məcbur qalıb...
Siam.az