Neftçalada seçkilərə müdaxilə ilə bağlı mediada şikayətlər dərc olunur. Bunların ən əsası isə Neftçala İcra Hakimiyyətinin seçkilərə müdaxiləsi ilə bağlıdır. Teref.az olaraq bu şikayətlərin izi ilə Neftçala 61 saylı DSK-na baş çəkdik. Əvvəldən qeyd etmək istəyirəm ki, qanunla media nümyəndələrinə hər hansı məlumat almaları üçün heç bir akreditasiya lazım deyil. Lakin biz işimizi ehtiyatlı tutaraq hər ehtimala qarşı MSK-ya monitorinqlə bağlı müraciət göndərmişdik.
Neftçala DSK-sının sədri ola bilər ki, cavan olduğu üçün seçki qanunvericiliyndən heç xəbəri yoxdur. İcra Hakimiyyətinin seçkilərə müdaxilə etmədiyini desədə, bu dediyindən sonra məndən İcra Hakimiyyətində qeydiyyatdan keçməyi tələb etməsi (nonsens) bunun tam əksinə olduğunu sübut edir.
Jurnalistlərin heç yerdə qeydiyyatadan keçmədiklərini, DSK-nında MSK-dan başqa heç kimə tabe olmadığını desəmdə, sədr Şaiq müəllim yenədə məndən İcra Hakimiyyətindən qeydiyyatdan keçməyi tələb etdi. Şaiq müəllim hansı qanuna əsaslanıb belə tələb irəli sürdüyünü nədənsə əsaslandırmadı.
Və onun dediyinə görə seçki ilə bağlı Neftçalaya gələn bütün media əməkdaşları mütləq surətdə İcra Hakimiyyətindən qeydiyyatdan keçməlidirlər və keçirlər. Qeydiyyatdan keçəndən sonra onlar DSK-ya gəlib məlumat ala bilərlər.
Onuda qeyd edim ki, mediada gedən və təkzib edilməyən xəbərlərə görə Neftçala 61 saylı DSK-nın ərazisindən rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova namizədliyini irəli sürüb."Və bu namizəd YAP-ı tərəfindən irəli sürülsədə, arxasında icra başçısı İsmayıl Vəliyevdir.Mətbuatda yayılan məlumatda qeyd olunur ki, sən demə Neftçala əhalisi və YAP-ın rayon təşkilatının bəzi üzvləri hakim partiyadan namizədliyi irəli sürülən Gültəkin Sadıqovaya qarşıdırlar.
Həmçinin bir qrup Neftçala ziyalısı və Yeni Azərbaycan Partiyasının üzvlərinin yaydığı müraciətində qeyd olunur ki, 61 saylı Neftçala seçki dairəsindən YAP tərəfindən irəli sürülən Gültəkin Sadıqovanın namizədliyinə qarşıdırlar və hesab edirlər ki, G.Sadıqovanın Milli Məclis kimi mötəbər bir quruma Neftçalada YAP-ın namizədi olması partiyanın rayondakı nüfuzuna vurulan zərbədir: “Biz həmçinin bu namizədin YAP-da olmasını hakim partiya adına ləkə kimi qəbul edirik. Əlbəttə biz bilirik ki, Gültəkin Sadıqovanın namizədliyinin arxasında duran adam icra başçısı İsmayıl Vəliyevdir."(/bizimxeber.az/)
Onuda qeydedim ki, DSK-nın həyətində təbliğat lövhəsidə gözümə dəymədi.
Zəruri qeyd: Neftçala 61 sayı DSK-nın sədri Məmmədov Şaiqdir.
Teref.az
Tarix: 1-02-2020, 21:52