Zaqatalada sahibkara kimlər zülm edir? - GİLEY


Zaqatalada sahibkara kimlər zülm edir?
“Azerinfo.az” redaksiyasına Zaqatala rayonu Car kənd sakini Hacıbəy İsak oğlu Zaqatalski tərəfindən şikayət ərizəsi daxil olub. O, eyni zamanda üz-üzə qaldığı problemlərin varlığını, Azərbaycan Respublikası yanında Apelliyasiya Şurasının sədri cənab Eldar Nuriyevə də ünvanlayır və bildirir ki, “mən Azərbaycan vətəndaşıyam, 2-ci qrup əliləm. Bundan əlavə, YAP-nın üzvüyəm. Ölkəmizdə kooperativ hərəkatına qoşulan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan ilk sahibkarlardanam. İxtisasım tütünçüdür və RF-nın Moskva şəhərində, İtaliyanın Turin şəhərində biznes kurslarını da qutarmışam. Azərbaycan Respublikası Kooperativlər İttifaqının vitse-prezidenti işləmişəm və SSRİ Kooperativlər İttifaqının üzvü də olmuşam. Bu günədək halal zəhmətimlə qazandığım şəxsi vəsaitim hesabına, Zaqatala rayonunda tarixdə əbədi iz qalası bir çox xeyriyyə işləri də həyata keçirmişəm. Görüb-bilən hər kəs buna şahiddir. Gördüyüm xeyriyyə işlərini o böyük Allah-Təalanın yolunda etmişəm. Şöhrət üçün etməmişəm. Məşhur Amerika yazıçısı A.Craig Copetas özünün “Bear Hunting With the Polit buro” kitabının 8-ci fəslini, məhz mənim həyatıma həsr edib. Azərbaycan Respublikasında və bir sıra xarici mətbuatda 34 ildir ki, mənim gördüyüm işlər barədə, həyatım barədə çox maraqlı, diqqəti cəlb edən məqalələr və açıqlamalar dərc olunub.

Mən media qurumlarında, televiziya kanallarında mərhum prezidentimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin sahibkarlara qarşı olan diqqət və qayğısı, sahibkarlığın inkişafı üçün verilən sərəncamlar barədə məlumatlıyam və bütün bunları da ruh yüksəkliyi ilə qarşılayıram.

Bu gün prezident sahibkarlara ehtibar edib, fındıq sahələrini genişləndirmək, tütünçülüyü, pambıqçılığı, daxili və xarici turizmi inkişaf etdirmək üçün, yeni-yeni sərəncamlar da imzalayır. Mən 34 ilin sahibkarıyam və kənd təsərrüfatı ilə bərabər, turizm sahəsində də kifayət qədər təcrübəyə malikəm. Nə vaxta qədər xalqın var-dövlətini tarmar edən, milyonlar qazanan cinayətkar məmurların əzabına dözməliyəm? Əsası olmayan böhtanlara məruz qalmalıyam? Nə vaxta qədər meşə təsərrüfatında törədilən ağır cinayətlər, ört-basdır olunacaq?
Mən Zaqatalanın meşə təsərrüfatında törədilən cinayətlərin bir hissəsini qeyd etdim. Prezidentimiz bu gün ölkəmiz üçün, xalqımız üçün əsaslı işlər görür. Siz də ölkə rəhbərinin zəhmətinə qiymət verməklə, biz sahibkarların köməyinə çatın. Əgər mənim yazdıqlarım yalandırsa, o halda mənimlə bağlı cinayət işi açdırın, qoy mənə ömürlük həbs cəzası versinlər. Xahiş edirəm ki, mənim gördüyüm işləri, mənə vurulan ziyanın əhatə dairəsini müəyyən etmək üçün, Zaqatalaya komissiya göndərin. Haqq-ədaləti araşdırmaq üçün, ancaq ümid yeri olaraq sizi müraciət edirəm. Əvvəlcədən Sizə minnətdarlığımı da bildirirəm.
Hacıbəy İsak oğlu Zakatalski,
ağsaqqal sahibkar
Tarix: 3-02-2020, 20:04
Xəbəri paylaş





Xəbər lenti