Deputatlığa namizəd Dilşad Poladova: “Mən kimsə barədə MSK-a şikayət etməmişəm” – Qax DSK sədrini ifşa edən telefon danışığı

           
Deputatlığa namizəd Dilşad Poladova: “Mən kimsə barədə MSK-a şikayət etməmişəm” – Qax DSK sədrini ifşa edən telefon danışığı
Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyası 112 saylı Qax seçki dairəsindən deputatlığa namizədlər Dilşad Poladova və Mahir Əfəndi tərəfindən daxil olan şikayət ərizəsinə baxaraq, digər deputatlığa namizəd Əhməd Şahidova xəbərdarlıq edib və sonuncunun seçki təbliğat-təşviqat kampaniyası zamanı qanun pozuntularına yol verdiyini bildirib.



Məsələ ilə bağlı həmkarı Dilşad Poladovaya telefon açan deputatlığa namizəd Əhməd Şahidovun telefon danışığı redaksiyamıza göndərilib. Məlum olub ki, 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Dilşad Poladova ümumiyyətlə bu məsələdən xəbərsizdir və kimsə barəsində Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlamayıb.

Redaksiyamıza daxil olan digər məlumatda bildirilir ki, bütün bu özbaşınalıqları 112 saylı Qax DSK sədri Abdukərim Əliyev özü “düzüb qoşub” və təlimatın Qax rayon İcra Hakimiyyətindən daxil olduğunu deyib. Məsələni diqqətdə saxlayacağıq.
Tarix: 4-02-2020, 09:22
Xəbəri paylaş





Xəbər lenti