125 saylı Zəngilan-Qubadli seçki dairəsindən narazılıqlar artmaqdadır.
Mənbəmizin Gununsesi.org-a indicə verdiyi məlumata görə, Zəngilan rayon icra başçısı Ramiz Həsənov bütün məktəb direktorlarının deputatlığa namizəd İmamverdi İsmayılovla görüşə toplayıb. Ramiz Həsənov açıq şəkildə İmamverdi İsmayılovun kampaniyasına dəstək verməklə yanaşı, məntəqə sədrlərindən də eyni addımı atmalarını tələb edir.Nəzərə almaq lazımdır ki, həmin məktəb direktorları həm də məntəqə sədridir. Seçki öncəsi bu cür addım qanunsuzluqdur. İcra başçısının özbaşınalığıdır. Prezidentin siyasətinə zidd getməkdir.
Qeyd edək ki, son dövrlərdə həm ölkə başçısı İlham Əliyev, həm də PA-nın rəhbəri Samir Nuriyev icra başçılarına seçkilərə müdaxilə etməmələri barədə xəbərdarlıqlar etmişdi.
https://www.gununsesi.org/jurnalist-af%c9%99t-telmanqizi-%c9%99s%c9%99bil%c9%99sdi-icra-bascisi-imamverdi-ismayilovun-addimi-ozbasinaliqdir/