9 fevral Parlament seçkilərinə 2 gün qalmasına baxmayaraq artıq regionlarda bəzi namizədlərin xeyrinə seçkilərin saxtakarlaşdırılmasına start verilib. Belə dairələrdən biridə Gəncədəki 37 saylı 1-ci Nizami Seçki Dairəsidir.
AzFakt.com-a Gəncədən daxil olan məlumata görə, artıq şəhər İcra Hakimiyyətinin yetkililəri dairədən YAP-ın namizədi Pərvin Kazımzadənin xeyrinə saxtkarlığa başlayıblar. Belə ki, İcra Hakimiyyətinin işçiləri vətəndaşların şəxsiyyət vəsiqələrini toplayır.
Məlumatda qeyd edilir ki, İcra Hakimiyyətinin işçiləri şəxsiyyət vəsiqələrini "kanalzasiya" sistemlərinin çəkilişi adı altında vətəndaşlardan alırlar. Artıq bir çox prospekt və küçə sakinlərinin vəsiqələri bu adla yığılıb. Əslində isə bu addım seçki günü Pərvin Kazımzadənin xeyirinə saxtakarlıq etmək üçün atılıb.