Ağsudan Tahir Kərimlini kimlər deputat etmək istəyir? – Seçicilər ayağa qalxdı – ŞOK TƏFƏRRÜATLAR

 Ağsu rayonunda ciddi seçki saxtakarlığı gözlənilir. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində əsl xaos başlayıb. Bu barədə Bizimxeber.az-ın elektron ünvanına göndərilən məlumatda qeyd olunur. Bildirilir ki, rayon rəhbərliyi DSK sədrinə qutudan Tahir Kəırimlinin çıxarılması ilə bağlı ciddi göstəriş verib.

Bu prosessə nəzarət edən Vəhdət Partiyasının sədri Tahir Kərimlinin adamları insanlar arasında seçkini kölgə altına alaraq seçiciləri seçkidən iyrəndirməyə çalışır. Onlar artıq Tahir Kərimlinin seçildiyini, seçkilərdə iştirakın heç bir faydası olmayacağı ilə bağlı əhali arasında söz-söhbətlər yaradırlar. Tahir Kərimliyə səs verməyəcəklərini bildirən rayon sakinləri bu biabırçılığı həzm etmək istəmir, insanların səsinin oğurlanmasına imkan verməyəcəklərini bildirirlər.

Rayon icra başçısı və Dairə Seçki Komissiyasının sədrinin qurduğu oyunun əsas özəlliyi nəyin bahasına olursa olsun Tahir Kərimlini deputat düzətməkdir.

Daha bir məlumata görə, qutudan Tahir Kərimlinin çıxarılması ciddi xaosa səbəb ola bilər. Daha doğrusu, Ağsu sakinləri Tahir Kərimli deputat olduğu təqdiridə öz səslərinin müdafiəsinə qalxa bilər. Bu gün səhər saatlarında bu xəbərlərə etiraz olaraq ilkin addımlar atılıb. İnsanlar bazar küçəsində bu tip məlumatları yayan adamlara hücum edib, onları seçkiyə olan inamı kölgə altına almamağı bildiriblər.

Redaksiyaya verilən daha bir məlumatda qeyd olunur ki, artıq bütün məntəqələrdə sabah üçün karusel planı və hazır bülletenlər hazırlanıb.

“Sabah səhər saatlarından rayonda insanlar qrup şəklində baş verə biləcək saxtakarlığa imkan verməməık üçün səfərbər olacaq. Öz səslərinin müdafiəsinə qalxan seçicilər ölkə başçlısı İlham Əliyevin demokratik prosesslərlə bağlı apardığı islahatlardan, gənclərə göstərilən etimaddan ruhlanaraq seçkilərdə istədiyi namizədə səs verəcəklərini və səslərini qoruyacaqlarını bəyan ediblər. Rayon sakinləri açıq formada bildiriblər ki, əvvəlki seçkidə səsləri saxtalaşdırılaraq Tahir Kərimlini kimlərsə deputat edib. Bu dəfə isə buna imkan verməyəcəklər.

Hər halda aidiyyatı qurumlar Ağsudan gələn məlumatları diqqətdə saxlamalı, insanları xaosa sürükləyən şəxslər barədə ölçü götürməli, bu əməllərindən çəkindirməli və Prezident İlham Əliyevin dediyi kimi şəffav seçki keçirilməsi üçün şərait yaratmalıdır.

Qeyd edək ki, ilkin məlumata görə, Ağsu rayonunda Tahir Kərimlinin  səs yığma şansı çox aşagıdır.

Siyasət şöbəsi

Tarix: 9-02-2020, 06:28
Xəbəri paylaş





Xəbər lenti