Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) fevralın 9-da Milli Məclisə növbədənkənar keçirilən seçkilər zamanı Kürdəmirdə təcili tibbi yardım maşını ilə seçkilərə adam daşınması məsələsinə münasibət bildirib.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, məsələ ilə bağlı Kürdəmir Rayon Xəstəxanasının baş həkimi cəzalandırılıb:
“Baş həkim Eynulla Novruzov TƏBİB-ə dəvət edilib, izahatı alınıb. O, izahatında qeyd edib ki, hava şəraitinin pis olmasına görə kollektivin xahişi ilə təcili tibbi yardım avtomobili ayrılmasına icazə verib ki, işçiləri səsverməyə aparsın. E.Novruzov bu hərəkətinə görə ciddi cəzalandırılıb”.(oxu.az)