"Komissar" olduğum bəsdir, İcra Başçısı olmağın vaxtıdır - İDDİA
Astaranın "KOMİSSARI" Astaranın icra başçısı olmaq istəyir?
Etibarlı mənbələrdən aldığımız bilgiyə görə , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov Astaranın icra başçısı olmaq üçün qollarını çırmayıb. Onu bu vəzifəyə həvəsləndirən Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Parlament seçkisində yuxarıların etimadını doğrultmamasıdır.
Dünəndən etibarən "KOMİSSAR" Valeh Bakıdakı iclası bəhanə edərək CİDDİ ADAMLARLA çox ciddi görüşlər keçirdiyini orda-burda fəxrlə danışır.
"Komissar"ın pulunun çoxluğu və Bakıdakı dostları Valeh müəllimə ürək-dirək verən əsas amillərdən biridir. Çox yaxın günlərdə Valeh Nəcəfovun Qəzənfər müəllim haqqında dedikləri..rayondan Bakıya nədən tez-tez getməsi, kimlərlə görüşməsi və bir çox maraqlı hadisələri hörmətli oxucularımızın diqqətinə çatdıracağıq.Bizi izləməyə davam edin.