Gəncədə seçki tarixində görünməmiş olay: “Bir məntəqə namizədlərdən gizlədilib“ - FAKT


bitmap-img6




"37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən namizədlərin hamısına verilən dislokasiyalarda dairənin ərazisində 24 məntəqənin olduğu yazılıb. Pərvin Kərimzadəni çıxmaq şərti ilə, yerdə qalan namizədlərin hamısı dairələrində 25 məntəqənin olmasından xəbərsiz olublar".

Mia.az xəbər verir ki, bunu jurnalist Xalid Kazımlı sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, seçki bitəndən sonra məlum olub ki, dairənin ərazisində 24 yox, 25 məntəqə olub: "Orada da Pərvin Kərimzadəyə 570 səs veriblər, digər namizədlərin hamısına isə 0 səs. Bu, bütün zamanların seçki tarixində bir ilkdir və dünyada analoqu yoxdur".

Jurnalist bildirib ki, bu dairə ləğv olunmalı dairələrin başında bu dairə gəlməlidir...




Tarix: 15-02-2020, 18:52
Xəbəri paylaş





Xəbər lenti