ASTARA TƏHSİL İDARƏSİNİN “BAŞ MƏSLƏHƏTÇİ”SİNİN ÖZBAŞINALIĞI DAVAM EDİR!

  
         

Elçin Mirzəzadə, təhsil ekspertini təhdid edir

“Təhsil Araşdırmalar Mərkəzi”nin Astara üzrə nümayəndəsi olaraq, hörmətli mətbuat və ictimaiyyətin nəzərinə çatdırmaq istərdim ki, Astara rayonunda və onun təhsilində son dərəcə ciddi və dramatik hadisələr baş verməkdədir! Bu məşum olaylara biganə qalmayaq!

Mümkün qədər qısa və konket formada hər şeyi anladmağa çalışacağam.

Bəli, ən sonuncu baş verən hadisə budur: Astara Təhsil İdarəsinin “baş məsləhətçisi” məni, yəni “Təhsil Araşdırmalar Mərkəzi”nin nümayəndəsini təhdid edibdir! Bəli, bu da sübut!

İndisə gələk, görək, Astara təhsilinin guya baş məsləhətçisi olan bu şəxs niyə məni təhdid edir?

Səbəbini izah etmək üçün qısa bir arayış verməliyik:

Bir müddət əvvəl, ilginc bir hadisə baş verdi. Bakı sakini olan, keçmiş jurnalist Leman Adıgözəovanın Astara RTŞ-yə ünvanladığı həyəcanlı məktub, çoxlu portal tərəfindən dərc edildi. Orda, Rəşad bəyin baş məsləhətçisi barədə şok ittihamlar və sübutlar yer alır. Həmin ittihamlara keçmədən öncə, bir şeyi qeyd edim ki, bu xanım, Rəşad bəyin baş məsləhətçisinin tanışıdır və konkret feysbuk yazışmaları da bunu təsdiq edir. O, həmin məsləhətçinin qeyri-adekvat əməllərindən xəbərdar olandan sonra, ondan uzaqlaşmağa və onu ifşa etməyə qərar veribdir. Belə ki, baş məsləhətçi özü ona etiraf edib ki, direktor işləyərkən, çoxlu qanunsuzluqlara yol veribdir, konkret olaraq ordan 6 işçini çıxardarkən, qondarma iddialar quraşdırıbdır. Yəni, bununla sanki qəhrəmanlıq, cəngavərlik etdiyini zənn edir.

Yaxud da aşkar şəkildə deyir ki, biz (yəni, Təhsil İdarəsi)“şirinliy”ə, rüşvətə normal baxırıq.... Və Leman Adıgözəlova, öz jurnalist kanalları vasitəsilə, baş məsləhətçinin digər

gizli əməllərini də öyrənə bilibdir və düzgün yolda olmadığını anladığı üçün onunla əməkdaşlıqdan imtina edibdir. Və bu barədə Astara təhsil rəhbəri Rəşad Həsənovun özünə də feysbukda yazıb müraciət edibdir, əlində sübutlar olduğunu deyibdir, lakin aldığı cavab, əlaqəsiz, hətta gülməli bir cavab olubdur. Söhbət, hansı sübutlardan gedir və həmin şəxs, hansı əməllərin sahibidir; sözügedən açıq məktubda, bunları görmək olar. (Həmin məktubu burdan oxuya bilərsiz: https://www.ens.az/az/astara-rts-ye-mektub)

Hörmətli medya və ictimaiyyət! Qeyd edək ki biz, Rəşad bəyin həmin baş məsləhətçisi və onun əməlləri barədə çoxdan məlumatlı idik, sadəcə olaraq, hələki bu barədə danışmamağa qərar vermişdik, lakin özünün, o xanıma etdiyi etiraflar, açığını desək, bizim işimizi də bir xeyli yüngülləşdirdi… O şəxsin, daha öncə direktor olarkən, hansı oyunlardan çıxdığını, hansı özbaşınalıqlar etdiyini və Rəşad bəyin onu 2018-ci ildə, dərs ilinin ortasında niyə direktorluqdan çıxarmağa məcbur qaldığını gözəl bilirik!

Bax, bu barədə, o şəxsin reputasiyası və gizlin əməlləri barədə bir müddət öncə mətbuatda bizim də bəzi açıqlamalarımız olmuşdu. Və obyektivlik naminə, ittiham olunan şəxsin özüylə də əlaqə yaratmağa və fikrini almağa cəhd etdik. Neçə gündən sonra cavab gəldi. Amma yazdığı cavab, suallarımızın cavabı deyildi... Onun “cavab”ı, bax, bu oldu-TƏHDİD ETMƏK!

Bəli, Astara təhsilinin baş məsləhətçisi bizi təhdid edir və davaya, yəni “razborka”ya çağırır! Təsəvvür edin! Guya ali təhsilli olan (!) bu şəxsin zəkası, ağlı 5-ci sinif şagirdi səviyyəsindədir!

Bəli, bizi “görüş”ə çağırdı və biz də bu təklifə müsbət cavab verib, ofisimizə dəvət etdik. Və nə qədər qəribə olsa da, bu təklifə yanaşmaq əvəzinə, dərhal blok etdi və aradan çıxdı…

Bu da sübut…

…İtlərlə bağlı məşhur bir məsəl var: “Bəzi itlər, qorxduğu üçün hürür”. Bəli, görünür ki, bu zati möhtərəm də bərk qorxduğu üçün bizi qorxutmağa cəhd etdi, lakin bu cəhdi alınmadığı üçün “dabanına tüpürüb qaçdı”…

Belə…. Bu da Astara Təhsil İdarəsinin rəhbəri Rəşad Həsənovun ağılverəni, yəni baş məsləhətçisi… Necə deyərlər, “Ələkçinin qılverəni”…

P.S. Və onu da əlavə edək ki, bu şəxsin-Elçin Mirzəzadənin konkret olaraq direktor olarkən, öz işçisini ağır şəkildə təhqir etməsi və hədələməsinin səsyazısı da yutubda var, sadəcə olaraq, hələki çoxları o audiodan xəbərdar deyil! (Link: https://www.youtube.com/watch?v=7T-sFVrB7tE )

Daha da betəri və dəhşətlisi budur ki, bu şəxsin, 2017-ci ildə, məktəbdə 26 fevraldan bir neçə gün öncəki tarixi, yəni Sovet qoşunlarının yaranma tarixini, “Kişilər Günü” kimi keçirəcək qədər-dövlətə və xalqa qarşı gəldiyini çoxları bilmir! Və məsələnin digər dramatik aspekti budur ki, “Elina hadisəsi”nə bənzər bir dəhşəti, biləvasitə 9-cu sinif şagirdi G.B.-ya yaşatdığını, hətta məhz həmin anormal tədbirə etiraz etdiyi üçün yaşatdığını və şagirdi, hər kəsin qarşısında ağır şəkildə təhqir etdiyini, bununla da ürəyinin soyumadığını, anası ilə birgə otağına çağırtdırıb üzr istəddiyini, anasının (o

məktəbdə müəllimədir) dərs saatlarını kəsdiyini çoxları bilmir. Həmin qızcığazın psixoloji travma aldığından və məktəbi dəyişmək durumunda qaldığından da insanlar xəbərsizdir. O psixopat direktorun, 1 il sonra, məktəbin psixoloquna da hansı oyunlar qurduğunu, ona otaq verməməklə fəaliyyətini iflic etdiyini, utanmadan da fəaliyyətsizlikdə ittiham etdiyini, haqsızlığa qarşı mübarizə apardığı üçün məktəbdən qanunsuz şəkildə çıxardığını çoxları bilmir. Və onu da bildirim ki, bizim əməkdaşın, həmin keçmiş direktorla, 2019-cu ilin iyul ayında, telefon danışığımız olubdur və söhbət zamanı, özü də bəzi şeyləri etiraf edibdir. Eyni gündə, onun keçmiş müavini (indiki direktor) ilə də telefonla söhbətimiz olubdur və o da həmin bu hadisələri, direktorun etdiklərini etiraf etməli olubdur.

Sözün həqiqi mənasında, yaramaz və psixopat birisindən söhbət getdiyini demək lazımdır. Rəşad bəyin bu “manyak” işçisinin, bizə telefonda dediyi digər tükürpədici sözləri də qeydə almışıq, hansı ki, psixoloqa otaq verməməsinin doğru iş olduğunu deyərək, “uşaqları çox istəyirsə, aparıb evində məşğul olsun” deyir. Bu qədər ağılsız bir insanın təhsil sahəsində və özü də Təhsil İdarəsində baş məsləhətçi olması, tragikomediyadır. Rəşad bəy, bu “baş məsləhətçi”nin hansı məsləhətinə, hansı ağlına ehtiyac duyur, görəsən, maraqlıdır…. Və əlavə edim ki, o, tanışı Leman Adıgözəlovaya da etiraf edibdir ki, məktəbdən işçini qovarkən “elə edirəm ki, elə bil cinayət edibdir”. Saytlarda gedən skrinşotlarda bu da aşkar şəkildə görünür…. Və onu da qeyd edim ki, həmin keçmiş direktorun, məktəbin psixoloqunu təhqir etməsi işiylə, polis də məşğul olubdur. Amma, çox təəssüf edirik ki, Astara Polis İdarəsində bu işə baxılarkən, sahə müvəkkili, məsuliyyətsizliyə yol veribdir və ortada konkret sübut olduğu halda, sırf direktor olduğu üçün onu cəzalandırmaqdan boyun qaçırıbdır və bununla da faktiki olaraq, cinayətkarı sərbəst buraxmış olubdur. Həmin məsuliyyətsiz sahə müvəkkilinin, işi tezbazar bağlayıb başından etdiyini əks etdirən səsyazıları da sonradan ortaya çıxıbdır. Və dərhal sonra, Astaradan Daşkəsənə qaçan həmin ləyaqətsiz sahə müvəkkilinin də adını açıqlayacağıq və səsyazıları təqdim edəcəyik.

Əmin olun ki, biz, “Təhsil Araşdırmalar Mərkəzi”olaraq, heç kimdən və heç nədən çəkinmirik və hesabatların yubanmasının başqa səbəbləri var. Özünüz də görəcəksiz ki, tezliklə bütün ölkəyə əks-səda verəcək hesabatları və o cümlədən, konkret səsyazılarını da, bütün sübutları da tezliklə ictimaiyyətə açıqlayacağıq, qanunsuzluqla işdən çıxardığı psixoloqun da, həmçinin, bullinqə məruz qalan şagirdin də kimliyini (şagirdin yetkinlik yaşına çatdığını və özünün icazəsi olduğunu nəzərə alıb), tezliklə bütün ölkəyə açıqlayacağımıza söz veririk! O zaman cənab Rəşad Həsənov da bəlkə öz məsləhətçisini daha yaxşı tanımış olacaqdır…Hərçənd ki, özünün, bu işlərin hamsından xəbərdar olduğuna əminik…

Az qalıbdır…

Emin Aydın, “Təhsil Araşdırmalar Mərkəzi”, Astara
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq!
Teref.az






Tarix: 15-02-2020, 22:37
Xəbəri paylaş





Xəbər lenti