İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilir ki, 79 saylı İmişli DSK-nın sədri, yerli əhalinin “alverçi” ləqəbi verdiyi Ramil Nəsirovun yaxınları son bir neçə gündür ki, hərəkətə keçiblər. Belə ki, 9 fevral tarixndə keçirilən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularına yol vermiş 79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirovun MSK-nın bu dairə ilə bağlı müvafiq qərarından sonra ciddi şəkildə qorxuya düşüb. Sabiq polis rəisi Təyyar Nəsirovun oğlu olan 79 saylı DSK-nın sədri Ramil Nəsirov yekun protokolu MSK-ya təqdim etdikdən sonra rayona qayıdıb. Əsl mərəkə də bundan sonra başlayıb. Mənbənn verdiyi məlumata görə hər gün səhər DSK-nın inzibati binasına gələn Ramil Nəsirov qapını içəridən bağlayır. DSK sədri kimsənin binaya girişinə və ya çıxışına imkan vermir. Məsələnin ən maraqlı tərəfi isə Ramil Nəsirovun qayınatası, İmşli Lokomotiv Deposunun baş mühasibi olan Rasət adlı şəxs 79 saylı DSK və ya konkret olaraq kürəkəni Ramil Nəsirovla bağlı hər hansı araşdırma aparan, məlumat dərc edən jurnalistə telefon açır, onunla görüşmək istədiyini bildirir. Mənbənin verdiyi məlumata görə Rasət Ramil Nəsirovla bağlı yazıların dərc edilməsinin qarşısını almaq üçün jurnalistlərə müxtəlif vasitələrlə təsir göstərməyə çalışır. Məlumatda o da qeyd edilir ki, bu saatlarda Ramil Nəsirov DSK-nın binasındadır və müxtəlif şəxslərlə qapalı görüşlər keçirir.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Mövzuya qayıdacağıq.
Conflict.az