“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Bərdədəki adamına nəzarət etsə yaxşı olar

 
    Bərdə rayon Samux kəndinin bir qrup sakini Siam.az saytına kəndin qaz problemi ilə bağlı müraciət etmişlər. 
 Müraciəti olduğu kimi təqdim edirik:
Bərdə rayonu Samux kəndində camaat təbii qazla çox pis təmin olunur. Ötən dekabr ayının əvvəllərindən başlayaraq Samux kəndinə verilən təbii qazın təzyiqi, hər gün, saat 23:00-da kəskin aşağı salınır.      Bərdə rayon Qaz İstismarı İdarəsinin rəisinə olunan çoxsaylı şikayətlərimiz fayda vermir. Bir neçə gün əvvəl kəndə verilən təbii qazın təzyiqi daha kəskin azaldıldı və müasir tipli su qızdırıcısı (“pitiminutka”) ilə 20-21 dərəcədən artıq qızdırmar mümkün olmadı. Bərdə rayon Qİİ-nin Ceyhun adlı rəisinə qazın azlığından şikayət edən Samux kənd sakini rəisinin kobud münasibəti, söyüş və təhqirləri ilə üzləşib. Bu barədə kəndin ağsaqqalları rayon Prokurorluğuna müraciət ediblər. Kəndin  fəalları yuxarı instansiyaların bir tədbir görməyəcəkləri halda Bərdə-Yevlax magistralını bağlayacaqları haqda xəbərdarlıq edirlər.
İnanırıq ki, Azəriqazın rəhbərliyi Bərdə rayon qaz idarəsinin "QAZLI" Rəhbəri Ceyhun müəllim barədə tədbir görəcəkdir.
 Siam.az
Tarix: 17-02-2020, 16:29
Xəbəri paylaş





Xəbər lenti