Qaxın icra başçısı rayonda senzura tətbiq edib - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır

Qaxın icra başçısı rayonda senzura tətbiq edib
İki gün əvvəl Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində ölkə üzrə rayon və şəhərlərdən daxil olan şikayətlərin təsnifatı barədə geniş statistik məlumatlar öz əksini tapıb. Maraqlıdır ki, Qax rayonundan Bakıya, yəni Prezident Administariyası və digər dövlət qurumlarına şikayətlərin daxil olması barədə rəqəmlərə rast gəlinmədi. İlk baxışdan, bu, Qaxda bütün sakinlərin icra orqanlarından razılığı kimi görünsə də, redaksiya heyətimiz kiçik bir araşdırma apardıqdan sonra maraqlı faktlar ortaya çıxardı.

Belə ki, artıq neçə vaxtdır Qax rayonundan Bakıya göndərilən şikayət məktubları barədə icra başçısı Musa Şəkiliyevə dərhal məruzə olunur. Qaxdakı Poçt söbəsinin rəhbərliyi rayondan Bakıya göndərilən bütün məktub, bağlama və teleqramları ciddi nəzarətdə saxlayır. Xüsusilə də, Prezident Administrasiyasına göndərilən şikayət ərizələri heç ünvanına gedib çatmır. Əksinə, dərhal icra başçısı Musa Şəkiliyevə çatdırılır və sonradan həmin şikayəti edən rayon sakininə müəyyən təzyiqlər edilməyə başlayır.

Redaksiyamıza bu barədə tutarlı faktlar göndərən mənbə onu da qeyd edir ki, icra başçısı Musa Şəkiliyev ölkə başçısı İlham Əliyevə göndərilən məktub və teleqramları özü şəxsən oxuyur və göndərilib-göndərilməməsi barədə qərar verir. Görünür özünü Qaxın xanı hesab edən Musa Şəkiliyev öz barəsində ölkə rəhbərliyinə neqativ məlumatların çatmasını istəmir.

Məsələni diqqətdə saxlayacağıq.
//qax.org.az//
Tarix: 21-02-2020, 10:56
Xəbəri paylaş





Xəbər lenti