Şəki rayonu, Şin kəndində yaşayan Nəcəfova (Məmmədova) Telli Əsədullah qızı, Cəmilova Məlakət Abdulla qızı və Nəcəfov İlyas Vərgullah oğlu tərəfindən Prezident cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir başda olmaqla, bir çox nazirlərə şikayət ediblər.
Surəti Mia.az-a göndərilən şikayət məktubunda təbii fəlakətdən sonra yaşamaq üçün tam yararsız vəziyyətə düşən evlərinin bərpa edilməməsinə görə Fövqəladə Hallar Nazirliyinə ittihamlar irəli sürülüb:
"Biz Şəki rayonun Şin kənd sakinləri ömrümüz boyu bu kənddə yaşamışıq.Babalarımız XIX əsrin ortalarından Rusiyanın Axtı rayonun Rutulundan indiki yaşadığımız Şin kəndinə köçürülmüş və burada da kənd salaraq yaşamışlar. Bizi Rutul ləzgiləri adlandırsalar da, əslində, azsaylı xalq olan Tsakur millətindənik.
2019-ci ilin mayın 25-də kəndimizdə baş vermiş güclü küləklər zamanı kəndimizin aşağı hissəsində açıqlıq yerdə təzə tikilmiş evlərin dam örtüklərinin, taxta materialların və divarının uçurulub tökülməsi nəticəsində yaşamaq mümkün olmamış, yarasız vəziyyətə düşmüşdür.
Bu barədə dəflərlə yerli və yuxarı dövlət orqanlarına şikayətlər etsək də, xeyri olmamışdır. Təkcə şəki şəhər İcra Hakimiyyətindən 689 manat yardım edilmişdir. Lakin ailə vəziyyətimizin ağır olması, yoldaşım və mənim ciddi xəstəliklərimiz imkan vermir ki, dolanaq. Heç bir sosial yardım almırıq. Uşaqları çox vaxt ac məktəbə yola salırıq. Amma ümidimizi hələki itirməmişdik. O vaxt ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun 04.12.2019-cu il tarixli cavab məktubu olmasaydı.
Rəis müavini qeyd edir ki, "Ekologiya Nazirliyinin verdiyi məlumata əsasən 2019-cu ilin mayın 20-də gecə şəki rayonunda müşahidə olunmuş yağıntının miqdarı, küləyin sürəti, düşən dolunun dənələrinin diametri təbii fəlakət törədə biləcək gücdə olmamışdır. Bu səbəbdən tərəfimizdən sizə hər hansı köməklik göstərilməsi səlahiyyəti xaricindəyik."
Bu da dövlətin hər il üçün milyardalar ayırdığı FHN-nin əsassız cavabı. Qeyd etmək yerinə düşərdi ki, Şəki rayonu ərazisinə görə çox böyükdür. Bir tərəfinə yağış yağanda, digər tərəfində gün çıxır.
Xatırladaq ki, zərər görmüş 3 evin tikildiyi yer çay vadisinə yaxındır və dağdan bir az aralıdır. Birbaşa Rusiyadan yüksək dağlar arasından gələn adi bir külək bizim evlər olan yerdə sanki böyük bir tufan-qasırğa effekti verir. Yerli camaat bu hadisələri təsdiq edə bilərlər.Adi günlərdə heç yerdə külək hiss edilməyəndə biz yayın ortasında əsən sərin küləkdən evdə otura bilmirik. Qaldı ki, yağışlı, dolulu güclü külək əsə. fakt isə göz qabağındadır ki. küləyin təsirindən yeni tikilmiş mişar daşlı divar uçmuş, dəmir dam örtüyü bütövlüklə uçub kənara düşərək yararsız hala düşmüşdür. İndi camaat gözlərinə inansın, yoxsa Ekologiya Nazirliyinin formal hesabatına istinad edən FHN-nin tərtib etdiyi saxta akta?
Cənab Prezident İlham Əliyev, Sizdən çox xahiş edirk ki, biz azsaylı xalq olaraq onsuz da Azərbaycanda çox çətin və dözülməz şəraitdə birtəhər yaşayırıq. Amma adi bir məsləyə görə FHN-nin bizi vətəndaş yerinə qoymaması, hamımızda nifrət yaratmışdır, ki insana da belə münasibət göstərərlər? Cənab Prezident Siz həmişə Azərbaycanda yaşayan azsaylı xalqların problemlərilə maraqlanır və lazımi köməkliklər göstərirsiniz. Odur ki, son ümid yeri kimi Sizə müraciət edirik ki, təbii fəlakət nəticəsində dağılmış evimizin bərpa edilməsi üçün lazımi köməkliyin göstərilməsinə göstəriş verəsiniz...".
Şikayətçilər məktublarına özlərinin sənədlərinin surətlərini və dağılmış evlərinin fotolarını da əlavə ediblər.
MİA.AZ