Azərbaycanda bələdiyyə sədrinə cinayət işi AÇILDI
Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayevə cinayət işi açılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə təqsirli bilinir.
Mingəçevir Şəhər Məhkəməsinə göndərilən iş hakim Məhburə Kərimovanın icraatına verilib.
Məhkəmə prosesində Mingəçevir bələdiyyəsi zərərçəkmiş qismində çıxış edəcək.
Qeyd edək ki, sözügedən əməli törədən şəxslər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Tarix: 2-08-2021, 15:15