Bərdə səhiyyəsindən narazı qalan vətəndaş PREZİDENTƏ müraciət etdi- ŞİKAYƏT


Bərdə rayon Qaradırnaq kənd sakini Quliyev Əlizamin Baloğlan oğlu 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mraciət etmişdir. Müraciətin bir nüsxəsini Siam.az -ın redaksiyasına ünvanlayan şikayətçi deyir:

 
Hörmətli cənab Prezident, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasovun səhvi nəticəsində anam Quliyeva Xalidə Hüseyn qızı dünyasını dəyişmiş, Bərdə rayon Prokuroru Rəşad İsgəndərov isə həkim səhvi nəticəsində baş vermiş bu ölüm hadisəsinə sanki insan deyil bir çolpa  ölümü kimi baxır. Belə ki, anam Xalidə Quliyeva babasil xəstəliyindən əməliyyat olunması üçün  Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasova müraciət etdik. Müayinələrdən sonra 04.02.2021-ci il tarixində mərhum anam əməliyyat olundu. Lakin əməliiyat olduqdan sonra onda olan ağrılar azalmaq əvəzində dahada artdı və şiddətləndi. Belə ki, anam Xalidə Quliyevanın səhhətində umumi halsızlıq, zəiflik, huşun pozulması, qarın içi şiddətli ağrılar, ürəkbulanma və qusma halları başladı. Dəfələrlə həkim Bəhruz Abbasova anamın vəziyyətinin pisləşməsi ilə bağlı müraciətlər etsəkdə o bu ağrıların əməliyyatdan sonra adi hal olmasını deyirdi. 20 fevral 2021-ci il tarixində anamın vəziyyəti kəskin dərəcədə pisləşdini görüb onun müayinə olunmasi üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət etdik. Müayinə zamanı məlum oldu ki, əməliyyat zaman bağırsağın beş yerdən qeyri-tarvmatik deşilməsi halı baş verib. Lakin həkim Bəhruz Abbasov əməliyyatı belə sona çatdıraraq yaraya tikiş qoymuşdur. Nəticədə anamın qəbul etdiyi qidalar çölə yox qarın nahiyyəsinə ifraz olunmuşdur. Sonda anamın ölümünün səbəbi Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasov məsuliyyətsizliyi və səhvidir. Anamın heç bir orqaınında problemi yox idi. Yeganə problemi babasil xəstəliyi idi. Bu xəstəlikdəndə insan ölüm bir faizdir ki, bunuda Bəhruz Abbasov kimi bacarıqsız və savadsız həkimləri səhvlərinə görə olur.
 
Sizi məlum edirəm ki, Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasovun səhvi nəticəsində anamın həyatı uğrunda mübarizə aparmaq üçün ailəmiz əlimizdə olan qəbzlərə əsasən Gəncə Beynəlxalq Xəstəxanasına 8162 (səkkiz min bir yüz altmış iki) manat, faktiki olaraq daha artıq pul (15-16 min manat) pul xərcləmişik. Bu pulun çox hissəsini borc almışıq. Anamda həyatda yoxdur. Çox acınacaqlı bir vəziyyətdəyik.
 
Bütün bu yazdıqlarımı rəsmi sənədlərlə subut olunur. Bu qədər faktlar və sənədlər olduğu halda Bərdə rayon prokuroru Rəşad İsgəndərov Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkim Bəhruz Abbasovun törətdiyi bu cinayət əməlini ört-basdır etmək istəyir və ya bu əməli səhlənkarcasına araşdırır ki, bunun nəticəsində bu əməli törədən həkim törətdiyi cinayət əməlinə görə cəzasız qalır. Hər iki halda Bərdə Müalicə-Diaqnostika Mərkəzinin cinayət törətmiş həkim Bəhruz Abbasov heç nə olmamış kimi öz işini görməyi davam edir. Onun növbəti qurbanları  kimlər olacaq bunu Allah bilir.
 
Möhtərəm cənab Prezident, mən anamı itirmişəm. Bu mənim üçün ağır dərddir. Heç olmasa onun ölümündə günahı olan şəxslər cəzalandırılarsa bu mənim üçün təskinlik olar. Eyni zamanda həmin cinayətkarların əməlləri nəticəsind  digər insanların ölümlərinin qarşısı alınar. Əməliyyata götürülməmişdən əvvəl anamın üzərində aparılan müayinə və analizlərdən görünür ki, onun babasil xəstəliyindən başqa heç bir xəstəiyi olmayıb. Anam tibb elmində ən asan hesab olunan babasildən əməliyyat olunub. Lakin həkim məsuliyyətsizliyinə görə bağrsağın deşilməsi onun ölümünə səbəb olub. Bərdə rayon prokuroru Rəşad İsgəndərov onun ölümünə çolpa ölümü kimi baxır. Ona görədə Sizdən xahiş edirəm mənim anamın həyatına son qoymuş Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkim Bəhruz Abbasov barəsində qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna ciddi tapşırıq verəsiniz və onun icrasını şəxsi nəzarətinizə götürəsiniz. Allah Sizə Yar Olsun.
 
Quliyev Əlizamin Baloğlan oğlu
 
Əlaqə tel: (050) 355 31 30
 

 
Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkim Bəhruz Abbasovun şəkli
 



Siam.az
Tarix: 9-08-2021, 23:16
Xəbəri paylaş





Xəbər lenti