Şəki şəhər uşaq evindən şikayət - . FOTOLAR
Şəki şəhər qarışıq tipli uşaq evindən şikatət edilir.Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb:
"Uşaq evinin binası Heydər Əliyev Fondu tərəfindən tikilib, istifadəyə verilib. Binada uşaqlar üçün hər cür şərait olmağına baxmayaraq onlara bu şəraitdən istifadə etmək imkanı verilmir. Uşaqların rejimi duzgün qurulmur. Günorta yuxusunu uşaqlar, qızlar və oğlanlar ayrıca öz yataq otaqlarında çarpayıda yatmalıdırlar. Lakin, uşaqlar quru döşəmədə yatızdırılır. Dövlətin verdiyi ərzaq uşaqlara çatdırılmır. Uşaq evinin direktoru İlhamə Məmmədova dövləti aldadır, vəzifəsindən sui istifadə edir, cibini doldurmaqla məşğuldur. Və etdiyi qeyri-qanuni hərəkətlərə “ Mən bura dolanmağa gəlmişəm” sözləri ilə bəraət qazandırır. Uşaqları bit basıb. Yaşadıqları şərait onların özündən soruşulsun. Bu haqqsızlığı Mehriban Əliyevaya çatdıraq".
Tarix: 14-08-2021, 16:27