Qaz üzünə həsrət qalan kənddən RÜŞVƏT TƏLƏBİ: "Hər evdən 300 manat..." - İDDİA


Biləsuvar rayonun Əliabad kənd sakinlərindən qaz çəkilməsi üçün pul tələb edirlər.
Bu iddia ilə Yenicag.az-a Əliabad kənd sakinləri müraciət ediblər.
Kənd sakinlərinin sözlərinə görə, bələdiyyə tərəfindən verilən evlər qazsızdır:
“Dəfələrlə Qaz idarəsinə müraciət etsək də, buna müsbət cavab verməyiblər. Biləsuvar rayon Qaz idarəsinin müdiri Feyziyev Telmanın dəfələrlə qəbulunda olmuşuq. Ona qaz verilməyən evləri layihəyə salmasını xahiş etmişik, ancaq bunu etməyib”.
Əliabad kənd sakinləri iddia edir ki, evlərinin qazlaşdırlması üçün rüşvət tələb ediblər:
“Feyziyev Telman bizə bildirdi ki, hər evdən 300 manat pul yığılıb verilsin, kəndin küçələrini layihəyə salaq. Kənd sakinlərinin o pulu verməyə gücü çatmadığı üçün dünya Marsa çıxmağa hazırlaşan vaxt, bizə qaz vermirlər. Bizim küçələrdə şəhid ailələri, qazilər var. Ancaq rüşvətsiz bizə qaz verilməyəcəyini açıq şəkildə dedilər”.
Kənd sakinləri yerli orqanlar tərəfindən problemləri həll olmadığı üçün mətbuat vasitəsi ilə ölkə rəhbərliyindən xahiş edir ki, bu məsələ öz müsbət həllini tapsın.
Səxavət Məmməd
www.yenicag.az
Tarix: 27-08-2021, 17:10
Xəbəri paylaş





Xəbər lenti