Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov barəsində media üzərindən apardığımız xırda bir araşdırma zamanı nələr ilə rastlaşmadıq. Mediada əsasən Siraqəddin Cabbarovun Qarabağ döyüşçülərinə, veteranlara, hətta şəhid ailələrinə nəinki hörmətsiz, hətta təhqirlə yanaşması ilə bağlı xeyli faktlar var. Rayonda şəhid adına olan küçədə antisanitariya baş alıb gedir. Sözün qısası, bu adamın digər əməllərinə bəlkə də göz yummaq olardı. Ancaq icra başçısının veteran ailələrinə bu qədər kin-küdurətinin səbəbini anlamırıq. Cənab Siraqəddin Cabbarovun rəhbərlik etdiyi rayonda 44 günlük müharibənin qəhrəmanlarının şərəfinə qurulmuş şəhidlər lövhəsi , niyə məhz məişət tullantıları ilə əhatə olunub? Nədir bu hörmətsizlik? XəbərXətti.com saytına göndərilən şikayət ərizəsində bildirilir ki, əgər bu biyabrçılıq təcili aradan qaldırılmasa sözü gedən zibillikdə məhz Siracəddin Cabbarovun şəkli olacaq. Yeri gəlmişkən Cənab Prezident İlham Əliyevin çox dəyərli fikirləri az qala cəmiyyət arasında aforizm kimi işlənir. Möhtərəm Prezidentimiz məmurlara deyir ki, xalqdan qorxmursunuz barı Allahdan qorxun. Sən Allahdan da qorxmursan, Siraqəddin Cabbarov ? Sən deməli şəhid analarını qəbul etməyə 5 dəqiqə vaxt tapmırsan? Axı, bu ananın oğlu sənə, mənə, bizə, bu vətənə görə şəhid olub, Siraqəddin Cabbarov… Döşündə “ Vətənə xidmətə görə “ orden gəzdirirsən. Axı, bu ananın oğlu Vətən uğrunda şəhid olub. Döşündəki ordendən, onu sənə verəndən utan, əgər onlardan utanmırsansa Binəqədi Rayon İcra Hakimiyyətində müavin işlədiyin vaxt İlhamə adlı xanıma tikdirdiyin villadan utan cənab başçı… Video Oynadıcı