İsmayıllıda MƏMUR ÖZBAŞINALIĞI... - Bu işlərin arxasında KİM DAYANIR?


Artıq bir neçə gündür ki, İsmayıllı rayonunda Aşıqbayram gölündə həyata keçirilən soyqırım ilə bağlı situasiya,rayon ictimaiyyətinin ciddi narazılığına səbəb olub.Rayon ictimaiyyəti bu hərəkəti qınayır və səbəbkarları lənətləyirlər.Eyni zamanda hər kəs bu kimi özbaşınalığı törədənlərin məsuliyyətə cəlb olunmamasını qanunlardakı boşluqlar və əlaqədar qurumların hərəkətsizliyi, yaxud korporativ maraqlarının təmin olunması üçün belə susqunluq nümayiş etdirilib kimi qiymətləndirirlər.
Doğru yanaşmadır.Atalar demişkən,el gözü tərəzidir.Məsələ burasındadır ki, qanunların ali icrasına nəzarət funksiyasını həyata keçirməli olan prokurorluqdan səs-səmir gəlmir.Nə isə,məmləkətdə problemlər çoxdur və bu problemləri elə məhz məmurlar yaradırlar.
Problem içindən, problem çıxdı.
Aşıqbayram gölündə bənd bərkitmə və yeni bəndin tikintisini Yevlax rayonundan hansısa bir podratçı şirkət həyata keçirir.Hələ ki, həmin şirkətin adı bizə də məlum deyil.
Deməli, bu şirkət əraziyə torpağı Enişdibi kəndinin altından qazmaqla daşıyır.Həmin ərazi Quşencə bələdiyyəsinin ərazisinə daxildir.Ancaq bizimlə telefon əlaqəsi zamanı bələdiyyə sədri Aqşin Həmidli bildirdi ki,bu məsələdən yalnız bir gün əvvəl xəbər tutub.
Aqşin Həmidli!Mən bir gün əvvəl xəbər tutdum ki,ərazimizdən torpaq daşıyırlar.Mən ora getdim və işi dayandırdım.Bunlar bələdiyyə ilə razılaşdırmamış,büdcəyə pul ödəməmiş xeyli dərəcədə ərazimizə ziyan vurublar.Şirkətin Asim adlı nümayəndəsi deyir ki, ekologiya bizə icazə verib.Əvvəla ekologiya kimdir ki, bələdiyyə ərazisində hər-hansı işin aparılması üçün icazə verə?Sonrası da ki, ekologiya ele-belə boş icazə vermir.
Deməli, belə çıxır ki, ekologiya kimdən gəldi pul alıb deyəcək ki,get istədiyini elə?Bu nə özbaşınalıqdır, kimdir bunlara yaşıl işıq yandıran? Yaxşı pul qazanmaq üçün edirsiniz,lap yaxşı,elə isə bələdiyyə büdcəsinə pul ödəyin,elə həmin Enişdibi kəndinin qazı,interneti və sair problemləri var,bizdə onları həll etmək istəyirik.Yoxsa belə oğrun-oğrun işlər nəyə lazımdır? Ümumiyyətlə, ekologiya idarəsi həddini aşıb,bunlara yerini göstərmək lazımdır.
Rayon suvarma sistemləri idarəsinin rəisi Fazil Həsənov əvvəllər bütün işlərdə əlaqədar qurumlarla məsləhət edərdi.Ancaq son zamanlar ekologiya idarəsi ilə birgə saysız-hesabsız qanunsuz işlərə əl atır.Mən ərazimizə dəymiş ziyanı müəyyənləşdirib, hüquqi şəkildə tələbimi irəli sürəcəyəm.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Biz də həmin ərazidə olduq və canlı şahidi olduq ki,qeyd edilən şirkət bələdiyyəyə məxsus ərazidə xeyli qazıntılar aparmış və ərazini yararsız hala salmışdır.Sonda videonu paylaşmağı unutmayın.

Azinfo.tv-Kendtv.info



Tarix: 2-09-2021, 09:07
Xəbəri paylaş





Xəbər lenti