Ucar Aqroservisin rəhbərliyi iki ailəni aclığa məhkum ediblər.
Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlu tərəfindən əlaqədar qurumların rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:
""Aqroservis" ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyov , Ucar Aqroservizin direktoru Nadir Rzayev və Texniki Nəzarət müfəttişi Ağaisa Əliyev iki ailəni aclığa məhkum ediblər. Biz hər ikimiz traktor sürücüləriyik. Ucar "Aqroservis"dən qanuni qaydada "SAMPO" markalı kombaynı və 1221 Belarus markalı traktoru lizinq yolu ilə müqavilə əsasında götürüb işlədib ailəmizi dolandırıdıq.Pul ödənişlərinidə vaxtlı-vaxtında etmişik.Taxıl biçini yekunlaşandan sonra kombaynı həmişəki kimi Ucar Aqrolizinqin qarajında saxladıq.Artıq şum əkin işləri başladığı üçün adıma müqavilə ilə olan 1221 Belarus markalı traktoru qarajdan götürmək istədikdə buna direktor Nadir Rzayev icazə vermədi səbəbini baş idarə bilir dedi.Buna görə "Aqroservis" ASC-nin məsul vəzifəli əməkdaşı Aqşin Balabəyli ilə əlaqə yaratdəqda dedi ki, problem yaradan şəxslərə texnika verilməyəcək.Biz hansı problemi yaratmağımızı soruşduqda bildirdi ki, bu il Ucar rayonunda yox başqa rayonda taxıl biçimində iştirak etmisiniz, bu qanuna ziddir. Biz ona bildirdik ki, bu il Ucar rayonunun Alpout, Rəctəcə, Kirovkənd, Bərgüşad və Qulabənd kəndlərində taxıl biçinində iştirak edib bundan sonra Ucar Aqroservisin direktoru Nadir Rzayevdən razılıq alıb Oğuz rayonuna getmişik. Ucar Kənd Təsərrüfatı Texnikalarına texniki müfəttişi Ağaisa Əliyev nazirliyin əməkdaşlarına yalandan məlumat verib bildirb ki, guya biz kombaynı oğurlayıb Oğuz rayonunda işlədirik.Ancaq hansı ki, kombaynı qanunu müqavilə əsasında işlədirik.Buna dair sənədlərimiz var. 70 yaşı olan Ağaisa Əliyev özü həyatının böyük hissəsini saxtakarlığa həsr edib.Onun oğlu sağlam olsada hərbi xidmətdən saxta sənədlərlə yayınmışdır. Texnikalara heç bir baxış keçirmədən pul alıb yararlı olmasına dair yalan saxta sənədlər verir.Lizinq yolu ilə götürülmüş texnikaları ehtiyat hissələrini pulumuzla alıb özümüz təmir etdiririk. Ancaq sənədlərdə bunu Aqroservis tərəfindən edilməsi qeyd edilib dövlətin ayırdığı pulları talan edirlər. "Aqroservis" ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyovun , Ucar Aqroservizin direktoru Nadir Rzayevin və Texniki nəzarət müfəttişi Ağaisa Əliyevin qanuna zidd hərəkətləri , korrupsiya əməlləri nəticəsində iki ailə aclıqdan məhv olacaq.Bizim hər biriçizin himayəmizdə 5 nəfərlik ailə üzvülərimiz var.Yeganə gəlirimiz traktorla işləyib qazandığım pul idi.İndi isə bizə qarşı qanunsuzluq edilib deyə ailəliklə aclığa məhkum olmuşuq. Qeyd edək ki, Ucar "Aqroservis"ə məxsus 3 ədəd kombayn bu il başqa rayonlarda taxıl biçinində işləyiblər ancaq onu nəzərə almırlar.Çünki onlar bu vəzifəli şəxslərə aylıq haqq verirlər.Biz isə ancaq dövlətə lizinqin pulunu veririk deyə belə qanunsuzluqla üzləşmişik. Ucar Aqroservisn direktoru Nadir Rzayevin fəaliyyəti yoxlanılarsa onun korrupsiya əməlləri ilə məşğul olması subut olunacaq.Buna görə Ucar "Aqroservis"in giriş-çıxış kitabı, lizinq müqavilələri və ödənişlər yoxlanılmalıdır.Belə olan zaman Nadir Rzayevin korrupsiya əməlləri təsdiqini tapacaq.Bir neçə il lizinq ödənişlərin etməyən şəxslər var ki, Nadir Rzayev onlara şərait yaradıb deyə kombayn və traktorlar idarə edirlər.Həttda onların arasında mülki işi məhkəmədə olanlarda var.Belə korrupsiya yolları ilə dövlətə küllü miqdarda ziyanlar dəyir, ancaq Nadir Rzayev kapital toplayır. Qeyd edək ki, bu şikayətin müəlliflərindən biri Həmidov Elnur Maqsud oğlunun şəxsiyyət və sürücülük vəsiqəsini Nadir Rzayev alıb onun adından müqavilə bağlayıb özü imza edib texnikanı başqa şəxsin istifadəsinə vermişdir.Bu vəzifə və saxtakarlıq cinayətidir ki, direktor Nadir Rzayev etmişdir. Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, Mehriban xanim Əliyevaya, Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova və "Aqroservis" ASC-nin İdarə Heyətinin sədri cənab Elmin Rəhmanova müraciət edib xahiş edirik şikayətimizi araşdırıb vəzifə səlahiyyətlərindən sui-istifadə edib bizə qarşı qanunsuzluq etmiş "Aqroserviz" ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyovun , Ucar Aqroservizin direktoru Nadir Rzayev və Texniki nəzarət müfəttişi Ağaisa Əliyevin barəsində qanunu tədbirlər görəsiniz.Əks halda biz aclıq aksiyası edib, intihar edəcəyik".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Siam.az