Cəlilabadın Kərəm Həsənov kabusu: adam döydürən, rüşvətə bulaşmış Rafiq Cəlilovun – Dosyesi
Cəlilabadda keçmiş komitə sədri, hazırda Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov kabusu davam etməkdədir.Reportyor.info xəbər verir ki, K.Həsənov heç bir vəchlə rayonu öz kurasiyasından və orbitindən kənara çıxmağa imkan vermir. Bu mənada Cəlilabada sonuncu icra başçısı təyinatı da diqqət çəkir.
Çünki Rafiq Cəlilov illərlə K.Həsənovun adamı olub və dünənə qədər də Dövlət Əmlak Xidmətində rəis müavini vəzifəsini daşıyıb.
Buna kimi də Cəlilabadın gəlib keçən icra başçıları K.Həsənovun kadrları olublar. Cəlilabada Dövlət Reyestr Xidmətində vəzifə tutmuş Namiq Zeynalov gətirilMİŞdi. Lakin onun bu postda fəaliyyəti uzun çəkmədi və Zeynalov korrupsiya ittihamı ilə həbs edildi. İndisə Əmlak Xidmətindən Rafiq Cəlilov Cəlilabada icra başçısı təyin olunub və o da K.Həsənovun “silahdaşı” kimi tanınır. Ümumiyyətlə, R.Cəlilov media üçün tanış simadır.
Onun Əmlak Komitəsindəki korrupsiya şəbəkəsində əsas halqalardan biri olması, K.Həsənovun “sağ əli” funksiyasını yerinə yetirməsi kimsəyə sirr deyil.
Bir müddət əvvəl xəbər yayılmışdı ki, Rafiq Cəlilov Bakı şəhər Tikinti Trestinin rəisini döydürüb. Bu iddia ilə tikinti trestinin rəisi Hacıyev Hüseyn Hacı oğlu özü çıxış etmişdi.
O bildirib ki, 1993-cü ildə Bakı şəhər Tikinti Trestinin rəisi təyin edilib və uzun illərdir, həmin vəzifədə işləyir: “Biz əmək kollektivi ilə birlikdə tikinti trestinin Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki 38 sot torpaq sahəsini özəlləşdirmək istəyirik, lakin Rafiq Cəlilov illərdir, bizə imkan vermir və ərazini zəbt edib”.
“Mən bir-neçə il əvvəl Kərəm Həsənovun qəbulunda oldum. Problemimi ona danışdım. Soruşdu, kimdi mənə mane olan. Dedim, Rafiq Cəlilovun adamları ərazini zəbt edib, çıxmır. Kərəm müəllim digər müavini Rüstəm Şahbazova tapşırıq verdi ki, problemi həll eləsin. Səhəri gün Rafiq Cəlilovun adamları bizim ərazidən çıxarıldı. Ancaq bir ay sonra həmin qoçular yenidən gəldi, ərazini işğal elədi. Mənim 73 yaşım var, yaşlı insanam. Rafiq Cəlilovun adamları etiraz elədiyim üçün məni döydülər, təhqir elədilər”.
Tarix: 17-09-2021, 10:51