Ağdam RTŞ məktəblərin açılmasına necə hazırlaşır? - Rayonda məktəb inventarlarının "oğurlanmasından" danışırlar...
Azərbaycanda pandemiya səbəbindən təqribən iki il bağlı qalan məktəblər üzümüzə gələn həftə açılacaq. Pandemiya şərtləri altında bütün ölkə məktəbləri də hazırda bu açılışa hazırlaşır. Əyani təhsilin nə əqədr davam edəcəyi bilinməsə də indi məktəblərdə təmir və təmizlik işlərinin ən qızğın vaxtıdır. Ağdamdan aldığımız xəbərlərə görə isə rayonun bəzi məktəblərində şagirdlər ola bilsin oturmağa şagird masası tapa bilməyəcəklər. Səbəb isə çox sadədir. Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə aid olan Ağdam RTŞ-nin məktəblərində invertarlar və məktəb ləvazimatları satılıb.
Bu barədə azmediainfo.org-a edilən şikayətə görə məktəblərin inventarlarını Ağdam Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Valeh Kərimov, ambardar Zaur Əliyev və onun köməkçidi Əlvan Rüstəmov satıblar və ümumi satılan ləvazimatların dəyəri 18804 mantdır.
Maraqlıdır ki, bu günlərdə Ağdam Təhsil Şöbəsinin ambardarı Zaur Əliyev polisə müraciət edərək 4500 manat dəyərində məktəb ləvazimatının oğurlanamsı ilə bağlı məlumat verilib. Hazırda bu "oğurluq" faktı ilə bağlı araşdırıma aparılmaqdadır. "Oğurlanan" məktəb əşyaları siyahısında 20 ədəd məngənə, 12 ədəd stul, 6 ədəd stol və digər inventarlar var. Hazırda isə Ağdamda hər kəs bu "oğurluq hadisəsindən" danışır.
Saytımıza ünvanlanan məktubda qeyd olunur ki, inventarların satılması hələ Ağdam RTŞ-nin müdiri Mətanət Misirxanovanın vaxtında başlayıb. Bildirilir ki, məktəb inventarlarının satılmasından Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin də xəbəri var və aparıcı mütəxəssisi Valeh Kərimov, ambardar Zaur Əliyev və onun köməkçidi Əlvan Rüstəmovun Mərkəzdəki havadarı işin üstünü ört-basdır eləməyə çalışır.
Azmediainfo.org
Tarix: 17-09-2021, 15:57