Mingəçevirdə oliqarxların ADA DAVASI... - TƏFƏRRÜAT
Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayır, mütəmadi müşavirələr keçirir və bu yolda əngəl olanlara qarşı sərt addımlar atır. Prezident demək olar ki, bütün çıxışlarında regionların inkişafında sahibkarların rolunu xüsusi olaraq vurğulayıb. Məsələ burasındadır ki, belə bir həssas məqamda ölkənin əsas turizm bölgələrindən olan Mingəçevirdə sahibkarlara kim və nə məqsədlə mane olur?
Məsələ burasındadır ki, turizm üzrə ixtisaslaşan şəhərdəillər öncə 4 ulduzlu "River Side” otelini istifadəyə verən iş adamı yüzdən artıq yeni iş yeri açmış oldu. Otelin açılışını isə Prezident İlham Əliyev etmişdi. Daha sonra iş adamı ölkədə baş verən devolvasiyalara baxmayaraq bütün yatırımını yenidən doğulduğu Mingəçevir şəhərinə edərək həm işsizliyin azaldılamasına öz tövhəsini verdi, həm də şəhərimizin turizm imkanlarını genişləndirmiş oldu.Bu məqsədlə iş adamı 2013-cü ildə tamamilə istifadəsiz qalan, 0.94 ha ərazisi olan adanı 30 illik müqavilə ilə icarəyə götürdü.6 il ərzində adada təmizlik və instrastruktur yenilənmə işləri görüldü, yüzlərlə yeni ağaclar əkildi, Paint Ball kimi maraqlı yarışlar üçün texniki imkanlar yaradıldı. Mütəmadi olaraq ARB Televiziyası, EL TV adadan reportajlar hazırlayıblar, gördüyümüz işləri geniş auditoriyaya çatdırıblar. Turistlər üçün daha maraqlı olsun deyə balıqçılıq və ovçuluq təsərrüfatı quruldu, müxtəlif maraqlı layihələr üçün imkanlar yaradıldı. Turizm obyektlərinin əsasən Kür çayının sahilində yerləşməsi və idman yarışlarının burada keçirilməsi hər il əraziyə minlərlə turist axınına səbəb olacağı şübhə yaratmır.
Lakin bu məqamda da müəyyən problemlər özünü biruzə verməkdədir. Məsələ burasındadır ki, 2013-cü ildən ADA-nı rəsmi icarəyə götürən "River Side” otelinə qarşı təxribatlar səngimir. Belə ki, adaya xeyli sərmayə qoyan sahibkar hər il yüzlərlə ağac əkir, yaşıllıq salır, su kanalları çəkir. Lakin mütəmadi olaraq hər dəfə bu ağaclar məhv edilir, kanallar dağıdılır, ADA-ya külli miqdarda maddi zərər vurulur. BuNA baxmayaraq sahibkar ruhdan düşmür, dönə-dönə yenidən adanın yenilənməsini təşkil edir.
Belə bir məqamda daha bir sual ortaya çıxır: İllər öncə Prezident İlham Əliyevin və 1 Vitse-Prezident Mehriban xanım Əliyevnın açılışını etdiyi, Mingəçevirin ilk Avropa standartlı oteli olan "River Side”a qarşı "ADA-nın zorla MƏNİMSƏNİLMƏSİ” addımı kimə lazım idi? 30 illik icarəyə götürülən adanı kim və niyə xəbərsiz formada başqa birisinə satır? Bəs onlarla gəncin illərlə çəkdiyi əziyyət, sahibkarın qoyduğu sərmayənin bədəlini kim verəcək?
Redaksiyamıza məsələ ilə bağlı daha bir ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, Mingəçevir turizmini iflic edən şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Sadiq Abduyevdir. Məhz onun adından istifadə edən şəxslər qanunsuz formada adanı sahibkarın əlindən alaraq ekoloji siyasətə zidd şəkildə, dövlətdən xəbərsiz balıq ticarəti ilə məşğul olurlar. Məlumata görə iş adamına heç bir xəbərdarlıq edilmədən ada qanunsuz olaraq 02.10.2017 -ci il tarixli, 86 saylı sərəncam ilə 50 il müddətinə "AZ-CAVİAR" MMC-yə icarəyə verilib.
Məsələnin ən maraqlı tərəfi bundan ibarətdir ki, "AZ-CAVİAR" MMC Kür hövzəsinin 200 ha sahəsini icarəyə götürübdür.
Əslində ölkənin milli sərvəti sayılan və Cənubi Qafqazın ən böyük çayı olan Kürün bu qədər böyük hissəsini bir şirkətə verilməsinin özü böyük bir sual doğurur.
Ancaq bu sahəni bunlara verəndə başqa şirkətə məxsus 0.94 ha sahəsi olan ADAnı niyə və necə qanunsuz olaraq "AZ-CAVİAR" MMC-yə veriblər? Çünki coğrafi olaraq ada bu şirkətin 200 ha ərazisinə düşmür, sadəcə küncündə qalır.
Görünən odur ki, bu açıq-aşkar ölkə turizminə və sərmayəçi sahibkarlara vurulan zərbədir. İnvestoru ölkədəki iqtisadi proseslərə cəlb etmək lazımdır, küsdürmək yox. Məsələ ilə bağlı sahibkar artıq ölkə başçısına müraciət edib, sahibklarların dostu olaraq ona arxalandığını qeyd edib.
Məlumat üçün qeyd edək ki, yəhudi əsilli mingəçevirli iş adamı İsrail Dövlətindən bir neçə iş ivestoru ölkəmizə cəlb etmiş, yeni iş yerlərinin açılmasında vasitəçi olmuşdur. Bundan başqa 2013-cü ildən ADA-nı rəsmi icarəyə götürən River Side rəhbərliyi İsrail Dövlətindən də investorların cəlb olunmasını təmin etmişdir. 2005-ci ildən Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq yüzlərlə insan üçün iş yerləri açan yəhudi əsilli iş adamı hal-hazırda çox çıxılmaz vəziyyətdədir və məmur özbaşınalığından ciddi zərər görməkdədir. /xeber.top